İnsanlarla işləməyi sevən, komandamızı gücləndirəcək, güclü əmək qanunvericilik biliyi olan və HR proseslərinə real dəyər qatacaq İR Mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq İR proseslərinin icrasının təmin edilməsi
- Əmək müqavilələrinin, əlavə razılaşmaların və əmrlərin əmək qanunvericiliyinə uyğun hazırlanması və rəsmiləşdirilməsi
- İşə qəbul, işdən azad etmə və vəzifə dəyişikliyi proseslərinin qanunvericiliyə uyğun icrasına nəzarət
- İşçi sənədlərinin və şəxsi işlərin əmək qanunvericiliyinə uyğun aparılmasının təmin edilməsi
- Əmək münasibətləri ilə bağlı daxili sənədlərin və prosedurların qanunvericiliyə uyğunluğunun yoxlanılması və tətbiqində iştirak
- Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiq edilməsi
- Dövlət qurumları üçün tələb olunan əmək münasibətləri üzrə sənədlərin qanunvericiliyə uyğun hazırlanması
Tələblər:
- İR sahəsində 3–5 il iş təcrübəsi
- Yüksək səviyyədə əmək qanunvericiliyi üzrə biliyə sahib olmaq
- İngilis dili – bilməsi üstünlükdür
- Güclü ünsiyyət və təşkilati bacarıqlar
CV-nizi mövzu hissəsində “İR Mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.