Azroksan LLC Azroksan LLC
  • 481

Azroksan LLC

Sənaye , Инженерия

Keyfiyyətə Nəzarət Texniki

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Keyfiyyətə Nəzarət Texniki

  • Истекает 12 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş haqqında:

  • Azroksan MMC keyfiyyətə nəzarət komandasında çalışacaq, məhsul və proseslərin düzgünlüyünü yoxlayacaq, testləri və hesabatları aparacaq, avadanlıqların kalibrlənməsi və material istifadəsini nəzarətdə saxlayacaq Keyfiyyətə Nəzarət Texniki axtarır.

Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaq.

Əsas vəzifələr:

  • İşlərin vizual yoxlamalarının, ölçü yoxlamalarının, kimyəvi, fiziki və funksional testlərin aparılması, qüsurlu işlərin müəyyən edilməsi və hesabatlaşdırılması.
  • Satınalma sifarişlərində tələb olunan keyfiyyət sənədlərinin mövcudluğunun və uyğunluğunun yoxlanılması, sənədlərin paylanmasının təmin edilməsi.
  • Bölmədə və təchizatçılarda istifadə olunan avadanlıqların və ölçmə dəzgahlarının kalibrləmə vəziyyətinin yoxlanılması, müddəti bitmiş və ya yararsız avadanlığın istifadəsinin qarşısının alınması.
  • Qəbul anbarlarında materialların saxlanma və istifadə müddətinin yoxlanılması, istifadə müddəti bitmiş materiallar üzrə laboratoriya ilə əlaqə saxlanılması.
  • Bütün yoxlama nəticələrinin Azroksan keyfiyyət sisteminə uyğun hesabatlaşdırılması, qeydiyyata alınması və arxivləşdirilməsi, təlim və sertifikasiya proqramlarında iştirakın təmin edilməsi.

Tələblər:

  • Ali təhsil (Mühəndislik üzrə)
  • Keyfiyyət yoxlamaları və sənədləşmə sahəsində 1-2 illik təcrübə
  • Avadanlıqların kalibrlənməsi və ölçmə proseslərinə dair bilik
  • Laboratoriya testləri və funksional sınaqlarla işləmə bacarığı
  • Analitik düşüncə və detallara diqqət
  • Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya bacarığı
  • Təlim və sertifikasiya proqramlarında iştirak etməyə hazır olmaq
  • Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Keyfiyyətə Nəzarət Texniki” qeyd etməlidirlər.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily84
  • Weekly520
  • Monthly1091