İş haqqında:
- Azroksan MMC keyfiyyətə nəzarət komandasında çalışacaq, məhsul və proseslərin düzgünlüyünü yoxlayacaq, testləri və hesabatları aparacaq, avadanlıqların kalibrlənməsi və material istifadəsini nəzarətdə saxlayacaq Keyfiyyətə Nəzarət Texniki axtarır.
Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaq.
Əsas vəzifələr:
- İşlərin vizual yoxlamalarının, ölçü yoxlamalarının, kimyəvi, fiziki və funksional testlərin aparılması, qüsurlu işlərin müəyyən edilməsi və hesabatlaşdırılması.
- Satınalma sifarişlərində tələb olunan keyfiyyət sənədlərinin mövcudluğunun və uyğunluğunun yoxlanılması, sənədlərin paylanmasının təmin edilməsi.
- Bölmədə və təchizatçılarda istifadə olunan avadanlıqların və ölçmə dəzgahlarının kalibrləmə vəziyyətinin yoxlanılması, müddəti bitmiş və ya yararsız avadanlığın istifadəsinin qarşısının alınması.
- Qəbul anbarlarında materialların saxlanma və istifadə müddətinin yoxlanılması, istifadə müddəti bitmiş materiallar üzrə laboratoriya ilə əlaqə saxlanılması.
- Bütün yoxlama nəticələrinin Azroksan keyfiyyət sisteminə uyğun hesabatlaşdırılması, qeydiyyata alınması və arxivləşdirilməsi, təlim və sertifikasiya proqramlarında iştirakın təmin edilməsi.
Tələblər:
- Ali təhsil (Mühəndislik üzrə)
- Keyfiyyət yoxlamaları və sənədləşmə sahəsində 1-2 illik təcrübə
- Avadanlıqların kalibrlənməsi və ölçmə proseslərinə dair bilik
- Laboratoriya testləri və funksional sınaqlarla işləmə bacarığı
- Analitik düşüncə və detallara diqqət
- Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya bacarığı
- Təlim və sertifikasiya proqramlarında iştirak etməyə hazır olmaq
- Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Keyfiyyətə Nəzarət Texniki” qeyd etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.