Hüquqşünas

  • Deadline 21 İyul 2025

Təsvir

  • Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəy verilməsi, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Müəssisənin fəaliyyəti ilə əlaqədar kontragentlərlə müqavilələrin, müqavilələrə əlavələrin, əlavə razılaşmaların və dəyişikliklərin hazırlanması və hüquqi ekspertizası;
  • Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması;
  • Müqavilənin icrası ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edilməsi, o cümlədən mübahisəli məsələlərin həlli;
  • Müqavilə və əlavələrinin xitam verilməsi, ləğvi və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və icrasına nəzarət;
  • Müəssisənin struktur bölmələrinin yazılı sorğuları əsasında praktiki fəaliyyət zamanı ortaya çıxan hüquqi məsələlərlə bağlı izahat və məsləhətlərin verilməsi;
  • Dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla yazışmalarda iştirak, ehtiyac yarandıqda cəmiyyətin hüquqi təmsil olunması və hüquqi sorğuların cavablandırılması;
  • Cəmiyyətin həyata keçirdiyi satınalma sorğuları və tender sənədlərinin yoxlanılması, müqavilələrin tərtibatı
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə əlaqədar daxili normativ sənədlərin yenilənməsi və həmin sənədlərin hüquqi qüvvəsinin aktual vəziyyəti ilə bağlı təkliflərin verilməsi;

Tələblər

  • Ali hüquq təhsili;
  • Müvafiq sahədə azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dili- əla , İngilis dili– yaxşı, Rus dili- üstünlükdür;
  • Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüquq sahələri üzrə biliklərə malik olmaq;
  • Müqavilələrin hazırlanması və tənzimlənməsi ilə bağlı hüquqi aktlar üzrə biliklərə malik olmaq.

İş yeri - Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşir.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Könüllü tibbi sığorta
  • Nahar təminatı
  • Korporativ

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily18
  • Weekly428
  • Monthly2175