Təsvir
- Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəy verilməsi, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
- Müəssisənin fəaliyyəti ilə əlaqədar kontragentlərlə müqavilələrin, müqavilələrə əlavələrin, əlavə razılaşmaların və dəyişikliklərin hazırlanması və hüquqi ekspertizası;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması;
- Müqavilənin icrası ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edilməsi, o cümlədən mübahisəli məsələlərin həlli;
- Müqavilə və əlavələrinin xitam verilməsi, ləğvi və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və icrasına nəzarət;
- Müəssisənin struktur bölmələrinin yazılı sorğuları əsasında praktiki fəaliyyət zamanı ortaya çıxan hüquqi məsələlərlə bağlı izahat və məsləhətlərin verilməsi;
- Dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla yazışmalarda iştirak, ehtiyac yarandıqda cəmiyyətin hüquqi təmsil olunması və hüquqi sorğuların cavablandırılması;
- Cəmiyyətin həyata keçirdiyi satınalma sorğuları və tender sənədlərinin yoxlanılması, müqavilələrin tərtibatı
- Qanunvericilikdə baş verən dəyişikliklərlə əlaqədar daxili normativ sənədlərin yenilənməsi və həmin sənədlərin hüquqi qüvvəsinin aktual vəziyyəti ilə bağlı təkliflərin verilməsi;
Tələblər
- Ali hüquq təhsili;
- Müvafiq sahədə azı 3 il iş təcrübəsi;
- Azərbaycan dili- əla , İngilis dili– yaxşı, Rus dili- üstünlükdür;
- Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüquq sahələri üzrə biliklərə malik olmaq;
- Müqavilələrin hazırlanması və tənzimlənməsi ilə bağlı hüquqi aktlar üzrə biliklərə malik olmaq.
İş yeri - Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşir.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi sığorta
- Nahar təminatı
- Korporativ
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.