Təsvir
- Satınalma sorğularının qəbul edilməsi və ilkin araşdırılmasında iştirak etmək;
- Təchizatçılar üzrə məlumatların toplanması və təkliflərin əldə edilməsinə dəstək olmaq;
- Təchizatçılardan kommersiya təkliflərinin alınması, müqayisəsi və sistemləşdirilməsində iştirak etmək;
- Satınalma sifarişlərinin hazırlanması və müvafiq sistemə daxil edilməsinə dəstək olmaq;
- Təchizatçılarla gündəlik yazışmaların və əlaqələrin həyata keçirilməsində iştirak etmək;
- Sifarişlərin icra vəziyyətinin izlənilməsi və gecikmələr barədə aidiyyəti şəxslərin məlumatlandırılmasına dəstək olmaq;
- Satınalma sənədlərinin düzgün şəkildə rəsmiləşdirilməsi və arxivləşdirilməsində iştirak etmək;
- Təchizatçı məlumat bazasının və satınalma məlumatlarının yenilənməsini həyata keçirmək;
- Şirkətin satınalma prosedurlarına uyğun olaraq verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, menecment və ya əlaqəli sahələr üstünlükdür);
- Satınalma sahəsində minimum 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office, 1C;
- Analitik düşüncə, məsuliyyətlilik və operativlik;
- Komanda ilə işləmək bacarığı;
Yaşayış yeri Qəbələ rayonu və ona yaxın ərazilərdə olan şəxslərin namizədliyi nəzərdən keçiriləcəkdir.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servislə təmin olunur
- Könüllü tibbi sığorta
- Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.