AzRT – Azad Zəmanətli Rəqabətli Ticarət AzRT – Azad Zəmanətli Rəqabətli Ticarət

AzRT – Azad Zəmanətli Rəqabətli Ticarət

IT

Korporativ satış üzrə mütəxəssis (İT üzrə korporativ satış)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ satış üzrə mütəxəssis (İT üzrə korporativ satış)

  • Deadline 1 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin satış strategiyasına uyğun olaraq  korporativ müştərilərə İT məhsul və xidmətlərinin satışını həyata keçirmək.
  • Satış prosesinin bütün mərhələlərini – ehtiyacların müəyyənləşdirilməsi, təklifin hazırlanması, təqdimat, danışıqlar və müqavilə bağlanması – effektiv şəkildə idarə etmək.
  • Müştərilərlə davamlı biznes əlaqələri qurmaq, əlaqələri gücləndirmək və uzunmüddətli əməkdaşlığı təmin etmək.
  • Şirkətin strateji hədəflərinə uyğun olaraq yeni müştərilərin cəlb edilməsi və onların uzunmüddətli müştəri bazasına çevrilməsi istiqamətində fəaliyyət göstərmək.
  • İT avadanlıqları üzrə texniki və kommersiya təkliflərini hazırlamaq.
  • Gəlir planlarının, satış hədəflərinin  yerinə yetirilməsini təmin etmək.
  • Satış məlumatlarını təhlil etmək, bazar və rəqib analizlərini aparmaq, satış strategiyalarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
  • Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

Namizəddən tələblər:

  • Ali təhsil.
  • İT satış sahəsində azı 2 illik iş təcrübəsi.
  • Microsoft Office proqramları (Word, Excel, Outlook və s.) ilə işləmə bacarığı.
  • Azərbaycan və rus dillərində sərbəst danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır).
  • Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı.
  • Analitik düşüncə tərzi, yüksək ünsiyyət və təqdimat bacarığı.
  • Dövlət qurumları və şirkətlər ilə korporativ satış istiqamətində əməkdaşlıq prinsipləri və tərəfdaşlıq əlaqələrinin qurulması qaydaları.
  • Korporativ yazışma standartları, biznes ünsiyyət etikası və peşəkar etiket qaydaları.
  • Konfidensial və kommersiya xarakterli məlumatların qorunması və məxfilik siyasəti prinsipləri.
  • Dövlət orqanları və üçüncü tərəf təşkilatlarında şirkətin təmsilçilik prinsipləri və qarşılıqlı fəaliyyət qaydaları.
  • Rəhbərliyin tapşırıqlarının və göstərişlərinin icrasına nəzarət mexanizmləri.

İş şəraiti:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri)
  • Vakansiya növü: Tam ştat
  • İş yeri: AzRT MMC - AzTEX Plaza, Əhməd Rəcəbli 31/5, Bakı
  • Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq əməkhaqqı + KPI bonus

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ satış üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily0
  • Weekly545
  • Monthly112