Sahibkarların İnformasiya Mərkəzi (AZSİM) 24 dekabr 2025-ci il tarixində təsis edilmiş biznes yönümlü media platformasıdır. Platforma sahibkarların, korporativ şirkətlərin, investorların və biznes mühitində fəaliyyət göstərən şəxslərin etibarlı informasiya mənbəyinə çıxışını təmin etmək məqsədilə yaradılmışdır.
AZSİM fəaliyyətini www.azsim.az platforması üzərindən həyata keçirərək yerli və beynəlxalq biznes xəbərlərinin operativ şəkildə paylaşılması, sahibkarların maarifləndirilməsi və Azərbaycan biznes mühitinin inkişafına dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərir.
Platformada biznes və iqtisadiyyat xəbərləri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən korporativ şirkətlərin sektorlar üzrə kataloqu, vakansiya bölməsi, investisiya imkanları, yerli və xarici sərgi və tədbirlər haqqında məlumatlar, eləcə də ekspert rəyləri, müsahibələr və analitik məqalələr yerləşdirilir.
AZSİM-in əsas məqsədi sahibkarlar üçün faydalı, etibarlı və praktik informasiya platforması formalaşdırmaq, dövlət və özəl sektor arasında informasiya körpüsü yaratmaq və biznes ekosisteminin inkişafına töhfə verməkdir.
Missiyamız
Vizyonumuz
Dəyərlərimiz
AZSİM Biznes xəbərləri üzrə Kontent Mütəxəssisi