AZSOFTWARE SYSTEM AZSOFTWARE SYSTEM
  • 580

AZSOFTWARE SYSTEM

IT , Professional Services

Biznes Analitik

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biznes Analitik

  • Истекает 14 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşin Təsviri:

  • Təşkilatlarda informasiya texnologiyaları (İT) sistemlərinin və biznes proseslərinin təkmilləşdirilməsi üçün inkişaf imkanlarını müəyyənləşdirmək, strukturlaşdırılmış şəkildə həllər təklif etmək;
  • İT sistemlərinin dizaynı, inkişafı və saxlanılması ilə məşğul olan texniki qruplarla koordinasiyalı işləməklə təşkilatın tələblərini təhlil etmək və onların effektivliyini artırmaq;
  • Əsas biznes prosesləri, use-case, user story-lər və digər modellər əsasında iş axını diaqramları hazırlamaq və prosesləri optimallaşdırmaq;
  • İT layihələrində iş planlarının hazırlanması, prioritetlərin müəyyən edilməsi, risklərin təhlili və hesabatların hazırlanmasına dəstək olmaq;
  • Texniki tapşırıqlar, layihə sənədləri və digər analitik sənədlərin hazırlanmasında iştirak etmək;
  • Beynəlxalq praktikaları və texnoloji yenilikləri izləyərək, rəqəmsallaşma və avtomatlaşdırma imkanlarını qiymətləndirmək;
  • Biznes tələblərinin toplanması və işlənməsi prosesində müştərilər, proqramçılar və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Proqram təminatı layihələrində tətbiq edilən texnologiyalar (API-lər, mikroservis arxitekturası və verilənlər bazaları daxil olmaqla) haqqında texniki anlayışa malik olmaq;
  • Müvafiq qanunvericilik və normativ aktların təhlil edilməsi, təşkilatın strategiyalarına uyğun olaraq tələblərin uyğunlaşdırılması.

Tələblər:

  • Ali təhsil (İT, Mühəndislik, Biznes İdarəetmə və ya əlaqədar sahələr üzrə);
  • İT layihələrində və ya biznes analitika sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Texniki biliklər: proqram təminatı arxitekturası, verilənlər bazası (SQL/NoSQL), API dizaynı və inteqrasiyası, UI/UX prinsipləri haqqında biliklər;
  • Rəqəmsallaşma, avtomatlaşdırma və böyük miqyaslı sistemlərdə təcrübə;
  • Proses modelləşdirmə vasitələri və alətləri ilə iş təcrübəsi ("Visio", "Jira", "Figma", "Canva", "draw.io", BPMN);
  • Layihə idarəetmə metodologiyaları (Scrum, Agile, Waterfall) ilə tanışlıq;
  • Məlumatların təhlili və hesabatlıq üzrə bacarıqlar (Excel, SQL, Power BI və ya digər analitik vasitələr);
  • İngilis dili – texniki terminləri anlamaq və sadə kommunikasiya üçün yaxşı səviyyədə; Rus dili – orta səviyyədə;
  • Güclü analitik düşüncə, problem həll etmə və ünsiyyət bacarıqları;
  • İT layihələrin biznes məqsədlərinə uyğunluğunu təmin edən texniki sənədlərin hazırlanmasında praktiki təcrübə;
  • Sahə üzrə beynəlxalq sertifikatlara (CBAP, PMI-PBA və s.) malik olmaq üstünlükdür.

Müraciət üçün:

  • Qeyd edilən vakansiya üzrə imkanları dəyərləndirmək istəyən namizədlər CV-lərini (mövzu yerində Business analyst qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • Daily126
  • Weekly338
  • Monthly1497