Vəzifə öhdəlikləri
- Avropa universitetlərinə qəbul prosesi ilə bağlı bütün sənədlərin hazırlanması və yoxlanılması;
- Tələbələrin müraciət sənədlərinin qəbul şərtlərinə uyğunluğunun təmin olunması;
- Universitetlər və rəsmi qurumlarla yazışmaların aparılması və tələb olunan sənədlərin vaxtında təqdim olunması;
- Viza müraciəti və digər rəsmi prosedurlarda tələbələrə dəstək göstərilməsi;
- Proseslərin şirkətin daxili siyasət və standartlarına uyğun icra olunmasına nəzarət.
Tələblər
- Ali təhsil (arzuolunan: Beynəlxalq münasibətlər, Təhsil idarəçiliyi, Hüquq və ya İqtisadiyyat);
- İngilis dili üzrə yüksək səviyyədə bilik (əlavə Avropa dilləri üstünlükdür);
- Müvafiq sahədə ən azı 1–2 il iş təcrübəsi;
- MS Office və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və yüksək təşkilatçılıq qabiliyyəti;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı.
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.