İş şəraiti
- İş rejimi: Ofisdən
- Sahə: Tərcümə, Dil xidmətləri, Məqalə redaktəsi
- Əmək haqqı: Razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
- Ərəb dilindən Azərbaycan dilinə məqalələrin tərcüməsi
- Elmi, ictimai-siyasi, ədəbi və ya spesifik sahələrə dair mətnlərin orijinal mənasını qorumaqla tərcümə olunması
- Redaktə və korrektə işlərinin aparılması (lazım olduqda)
- Terminologiyaya diqqətlə yanaşmaq və dəqiq dil istifadəsi təmin etmək
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək
Namizədə tələblər:
- Ərəb və fars dillərini mükəmməl səviyyədə bilmək (ən azı B2)
- Azərbaycan dilində qrammatik və üslubi cəhətdən düzgün yazmaq bacarığı
- Tərcümə sahəsində minimum 1 il iş təcrübəsi (nümunələrin təqdim olunması arzuolunandır)
- Ali təhsil – dil, filologiya, jurnalistika və ya uyğun ixtisas üzrə
- Microsoft office proqramlarında sərbəst işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və detalara önəm verən yanaşma
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.