AzStudy AzStudy
  • 217

AzStudy

Təhsil

Resepşn

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Resepşn

  • Deadline 8 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş saatları: Həftə içi (10:00-19:00) Şənbə günü (10:00-16:00)

Vəzifə öhdəlikləri:

  • Ofisə gələn ziyarətçiləri mehribanlıqla qarşılamaq, ilkin məlumat vermək və müvafiq mütəxəssislərə yönləndirmək.
  • Daxil olan zəngləri vaxtında cavablandırmaq, müştərilərin suallarını peşəkar şəkildə idarə etmək.
  • Müraciətlərə dair qeydiyyat aparmaq və müştəri məlumat bazasını müntəzəm yeniləmək.
  • Sənədləşmə işlərini həyata keçirmək, ərizə və müraciətlərin icrasına nəzarət etmək.
  • Müştərilərə xaricdə təhsil prosesi, tələb olunan sənədlər və ərizə müddətləri barədə ümumi məlumat vermək.
  • Ofis daxilindəki iş mühitinin nizamlı saxlanmasını təmin etmək və komanda üzvlərinə dəstək göstərmək.
  • Ofisə gələn qonaqlara çay, su, kofe təklif etmək.

Tələblər:

  • Xanım namizədlərin müraciəti qəbul olunur.
  • Ali və ya orta ixtisas təhsilinə malik olmaq; təhsil və ya xidmət sektoru üzrə iş təcrübəsi üstünlük sayılır.
  • Azərbaycan dilini səlis bilmək; rus və ya ingilis dili səviyyələrindən birini bilmək mütləqdir. Hər ikisini bilmək üstünlükdür.
  • Güclü ünsiyyət, dinləmə və müştəriyönümlü xidmət bacarıqlarına sahib olmaq.
  • MS Office proqramlarından (Word, Excel, Outlook) sərbəst istifadə edə bilmək.
  • Əla görünüş, geyim mədəniyyəti və nümayəndəlik keyfiyyətlərinə malik olmaq.
  • Stressli iş mühitinə dözümlü olmaq, çoxsaylı tapşırıqları eyni zamanda idarə edə bilmək.
  • Məsuliyyətli, dürüst, vaxtına dəqiq olmaq və komanda ilə uyumlu işləyə bilmək.

Uyğun namizədlər öz CV formalarını vakansiyanın adını qeyd etməklə +994774442714 nömrəsinə və Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

  • Daily16
  • Weekly666
  • Monthly799