İş saatları: Həftə içi (10:00-19:00) Şənbə günü (10:00-16:00)
Vəzifə öhdəlikləri:
- Ofisə gələn ziyarətçiləri mehribanlıqla qarşılamaq, ilkin məlumat vermək və müvafiq mütəxəssislərə yönləndirmək.
- Daxil olan zəngləri vaxtında cavablandırmaq, müştərilərin suallarını peşəkar şəkildə idarə etmək.
- Müraciətlərə dair qeydiyyat aparmaq və müştəri məlumat bazasını müntəzəm yeniləmək.
- Sənədləşmə işlərini həyata keçirmək, ərizə və müraciətlərin icrasına nəzarət etmək.
- Müştərilərə xaricdə təhsil prosesi, tələb olunan sənədlər və ərizə müddətləri barədə ümumi məlumat vermək.
- Ofis daxilindəki iş mühitinin nizamlı saxlanmasını təmin etmək və komanda üzvlərinə dəstək göstərmək.
- Ofisə gələn qonaqlara çay, su, kofe təklif etmək.
Tələblər:
- Xanım namizədlərin müraciəti qəbul olunur.
- Ali və ya orta ixtisas təhsilinə malik olmaq; təhsil və ya xidmət sektoru üzrə iş təcrübəsi üstünlük sayılır.
- Azərbaycan dilini səlis bilmək; rus və ya ingilis dili səviyyələrindən birini bilmək mütləqdir. Hər ikisini bilmək üstünlükdür.
- Güclü ünsiyyət, dinləmə və müştəriyönümlü xidmət bacarıqlarına sahib olmaq.
- MS Office proqramlarından (Word, Excel, Outlook) sərbəst istifadə edə bilmək.
- Əla görünüş, geyim mədəniyyəti və nümayəndəlik keyfiyyətlərinə malik olmaq.
- Stressli iş mühitinə dözümlü olmaq, çoxsaylı tapşırıqları eyni zamanda idarə edə bilmək.
- Məsuliyyətli, dürüst, vaxtına dəqiq olmaq və komanda ilə uyumlu işləyə bilmək.
Uyğun namizədlər öz CV formalarını vakansiyanın adını qeyd etməklə +994774442714 nömrəsinə və Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.