Vəzifə öhdəlikləri:
- Müasir web tətbiqlərin Frontend və Backend hissələrinin layihələndirilməsi, hazırlanması və dəstəklənməsi
- Texniki tələblərin biznes tələblərinə uyğun şəkildə analiz edilməsi və optimal texniki həllərin təklif olunması
- RESTful API-lərin hazırlanması və üçüncü tərəf servislərlə inteqrasiyası
- Mövcud sistemlərin optimallaşdırılması, refaktorinqi və performansın artırılması
- Məlumat bazalarının dizaynı, optimizasiyası və təhlükəsizliyinin təmin edilməsi
- Kod keyfiyyətinin təmin edilməsi üçün kod review proseslərində aktiv iştirak
- Texniki sənədləşmənin hazırlanması
- Junior və Middle səviyyəli developer-lərə texniki dəstək göstərilməsi
- Layihələrin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi
- Təhlükəsizlik standartlarına (OWASP və s.) uyğun proqram təminatının hazırlanması
Namizədə tələblər:
- Full Stack Developer və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
- HTML5, CSS3, JavaScript (ES6+) üzrə dərin biliklər
- Frontend framework-lərindən biri üzrə yüksək səviyyədə bilik: React (Next.js)
- Backend texnologiyalarından biri üzrə praktiki təcrübə: Node.js (Express/NestJS) və ya PHP (Laravel)
- RESTful API-lərin hazırlanması və istifadəsi üzrə təcrübə
- SQL (PostgreSQL, MySQL) və NoSQL (MongoDB və s.) bazaları ilə işləmə bacarığı
- Git versiya nəzarət sistemləri ilə işləmə təcrübəsi
- MVC və digər proqram arxitekturası prinsipləri haqqında bilik
- OOP və Design Pattern-lər haqqında anlayış
- Yüksək səviyyədə problem həll etmə və analitik düşünmə bacarığı
- Komanda ilə işləmək və texniki qərarları əsaslandırmaq bacarığı
- İngilis dili – texniki dokumentasiyanı oxuma səviyyəsində
Üstünlükdür:
- Docker və CI/CD prosesləri ilə işləmə təcrübəsi
- Cloud platformaları (AWS, Azure, Google Cloud) üzrə biliklər
- Unit və Integration testlərin yazılması (PHP Unit və s.)
- Agile/Scrum metodologiyası ilə işləmə təcrübəsi
- Linux server mühiti ilə işləmə bacarığı
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilər.