Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, və s.) idarə olunması və gündəlik aktiv saxlanılması;
- Kontent planının hazırlanması, paylaşım cədvəllərinin qurulması və brend tonuna uyğun məzmun yaradılması;
- Rəqiblərin fəaliyyətini və bazar tendensiyalarını daim izləmək, yeni trendləri tətbiq etmək;
- Sosial mediada reklam kampaniyalarının planlanması, icrası və nəticələrinin analizi;
- Brendin sosial mediada tanıtımı üçün kreativ ideyalar və strategiyalar hazırlamaq;
- İzləyici sorğularına, şərhlərə və mesajlara vaxtında cavab vermək, brend imicini qorumaq;
- Aylıq analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Minimum 2 il SMM sahəsində iş təcrübəsi;
- Rəqəmsal marketinq, kommunikasiya üzrə ali təhsil üstünlükdür;
- Sosial media alqoritmləri, trendləri və analitik alətlər (Meta Business Suite, TikTok Ads, Google Analytics və s.) haqqında bilik;
- Kreativ düşüncə və vizual zövq;
- Kontent yaratmaq, foto və video redaktə proqramlarında (Canva, CapCut, Photoshop) işləmə bacarığı;
- Azərbaycan sərbəst, ingilis dili, rus dili biliyi arzuolunandır;
- Yüksək məsuliyyət, komanda ilə işləmə bacarığı və vaxtın effektiv idarə olunması.
Üstünlüklər:
- Trend analizlərinə əsasən kontent ideyaları hazırlamaq bacarığı;
- İzləyici auditoriyasını böyütmək üçün strategiyalar təklif etmək;
- Müxtəlif sahələrdə (təhsil, texnologiya, xidmət, moda və s.) brendlərlə işləmə təcrübəsi;
- Bazar araşdırması apararaq rəqiblərin reklam və kontent strategiyalarını analiz etmək bacarığı.
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.