Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır.
Vəzifə Öhdəlikləri:
- Layihələr üzrə dizayn konsepsiyalarının hazırlanması;
- Sifarişçinin tələblərinə uyğun interyer və/və ya eksteryer dizayn həllərinin hazırlanması;
- Layihələr üzrə 2D və 3D dizayn və vizuallaşdırmaların hazırlanması;
- Rəng, material, tekstura, işıqlandırma və digər dizayn elementlərinin seçilməsi;
- Dizayn həllərinin memarlıq və mühəndislik layihələri ilə uyğunlaşdırılması;
- Dizayn eskizlərinin, təqdimat materiallarının və digər vizual materialların hazırlanması;
- Sifarişçi ilə dizayn həllərinin müzakirə və təqdimatının həyata keçirilməsi;
- Sifarişçi və digər aidiyyəti tərəflərin rəyləri əsasında dizayn həllərində dəyişikliklərin həyata keçirilməsi;
- Layihələr üzrə material və avadanlıqların təsdiq edilmiş dizayn konsepsiyasına uyğunluğunun qiymətləndirilməsi;
- Dizayn layihələrinin müəyyən edilmiş müddətlərdə və tələb olunan keyfiyyət standartlarına uyğun tamamlanmasının təmin edilməsi;
- Müvafiq daxili qaydalara, prosedurlara və etik davranış standartlarına riayət etmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Ali təhsil (Dizayn, İnteryer dizaynı, Memarlıq və ya əlaqəli sahə üzrə Ali təhsil);
- Müvafiq sahə üzrə 3 il təcrübə;
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint) – peşəkar səviyyədə bilmək;
- Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı və rus dili üstünlükdür;
- AutoCAD, 3ds Max, SketchUp, Revit, Photoshop və/və ya digər müvafiq dizayn proqramlarında işləmə bacarığı;
- Rəng, kompozisiya, material və məkan planlaşdırılması;
- Güclü vizual və estetik düşünmə qabiliyyəti;
- Dizayn konsepsiyalarını vizual formada effektiv təqdim etmək bacarığı.
Təklif Edilir:
- Nahar təminatı;
- Mobil nömrə təminatı;
- Dinamik mühitdə işləmək və inkişaf şansı;
- Rahat və müasir iş mühiti – şəhərin mərkəzində ofis.
Ünvan: Bakı, Sarabski küç. 75, Sarabski Plaza.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.