Dizayner

  • Deadline 21 Noyabr 2026

Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Layihələr üzrə dizayn konsepsiyalarının hazırlanması;
  • Sifarişçinin tələblərinə uyğun interyer və/və ya eksteryer dizayn həllərinin hazırlanması;
  • Layihələr üzrə 2D və 3D dizayn və vizuallaşdırmaların hazırlanması;
  • Rəng, material, tekstura, işıqlandırma və digər dizayn elementlərinin seçilməsi;
  • Dizayn həllərinin memarlıq və mühəndislik layihələri ilə uyğunlaşdırılması;
  • Dizayn eskizlərinin, təqdimat materiallarının və digər vizual materialların hazırlanması;
  • Sifarişçi ilə dizayn həllərinin müzakirə və təqdimatının həyata keçirilməsi;
  • Sifarişçi və digər aidiyyəti tərəflərin rəyləri əsasında dizayn həllərində dəyişikliklərin həyata keçirilməsi;
  • Layihələr üzrə material və avadanlıqların təsdiq edilmiş dizayn konsepsiyasına uyğunluğunun qiymətləndirilməsi;
  • Dizayn layihələrinin müəyyən edilmiş müddətlərdə və tələb olunan keyfiyyət standartlarına uyğun tamamlanmasının təmin edilməsi;
  • Müvafiq daxili qaydalara, prosedurlara və etik davranış standartlarına riayət etmək. 

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil (Dizayn, İnteryer dizaynı, Memarlıq və ya əlaqəli sahə üzrə Ali təhsil);
  • Müvafiq sahə üzrə 3 il təcrübə;
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint) – peşəkar səviyyədə bilmək;
  • Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı və rus dili üstünlükdür;
  • AutoCAD, 3ds Max, SketchUp, Revit, Photoshop və/və ya digər müvafiq dizayn proqramlarında işləmə bacarığı;
  • Rəng, kompozisiya, material və məkan planlaşdırılması;
  • Güclü vizual və estetik düşünmə qabiliyyəti;
  • Dizayn konsepsiyalarını vizual formada effektiv təqdim etmək bacarığı. 

Təklif Edilir:

  • Nahar təminatı;
  • Mobil nömrə təminatı;
  • Dinamik mühitdə işləmək və inkişaf şansı;
  • Rahat və müasir iş mühiti – şəhərin mərkəzində ofis.

Ünvan: Bakı, Sarabski küç. 75, Sarabski Plaza.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily28
  • Weekly476
  • Monthly1894