Tabeli qurumlarımızdan biri üçün Epidemoloq axtarışındayıq!
Əgər sən epidemiologiya sahəsində təcrübəyə sahibsənsə, infeksion xəstəliklərin qarşısının alınması, epidemioloji nəzarət və risklərin qiymətləndirilməsi, həmçinin müvafiq hesabatların hazırlanması üzrə biliklərin varsa — bu imkan sənin üçündür!
Əsas vəzifə öhdəlikləri:
- İnfeksion xəstəliklərin qarşısının alınması və profilaktik tədbirlərin təşkili;
- Dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya tədbirlərinin həyata keçirilməsi və nəzarəti;
- Epidemioloji nəzarətin təmin olunması və müvafiq risklərin qiymətləndirilməsi;
- Epidemioloji vəziyyətlə bağlı statistik məlumatların toplanması, təhlili və hesabatların hazırlanması;
- Fövqəladə hallarda operativ tədbirlərin görülməsi və ictimaiyyətin maarifləndirilməsi;
- Sanitariya-gigiyena normalarına uyğunluğun yoxlanılması və nəzarət tədbirlərinin təşkili;
- Daxili və xarici qurumlarla (o cümlədən dövlət strukturları ilə) əlaqələndirilmiş fəaliyyətin icrası;
- Görülən işlərə dair müvafiq sənədləşmənin aparılması və hesabatların təqdim olunması.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (epidemiologiya, sanitar həkim və ya infeksionist ixtisası üzrə);
- Tibbi-profilaktika sahəsində minimum 5 il iş təcrübəsi;
- Dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya sahəsində nəzəri və praktiki biliklər;
- Təşkilatçılıq və ictimaiyyətlə əlaqə qurmaq bacarığı;
- Gərgin və qeyri-stabil iş rejimində işləmək bacarığı;
- Stressə davamlılıq və operativ qərarvermə bacarığı;
- Səlis nitq, aydın danışıq tərzi və ünsiyyət bacarığı;
- Komandada işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel, Outlook) və internet resurslarında sərbəst işləmək bacarığı;
- Ofis texnikasından istifadə bacarığı (printer, skaner, kseroks və s.);
- Azərbaycan dili – sərbəst, rus dili – orta səviyyə, ingilis dili – arzuolunandır.
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Epidemoloq” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.