Vəzifə Öhdəlikləri:
- Cəmiyyətin daxili normativ sənədlərinin (əsasnamə, nizamnamə, qaydalar, təlimatlar, prosedurlar və s.) hazırlanması, hüquqi ekspertizadan keçirilməsi, təhlili və hüquqi rəyin verilməsi;
- İstənilən növ Müqavilə (əmək, mülki-hüquqi, podrat, xidmət, satınalma, icarə və s.) layihələrinin hazırlanması, hüquqi ekspertizası, risklərin qiymətləndirilməsi və tərəflər arasında hüquqi maraqların qorunmasının təmin edilməsi;
- Cəmiyyətin məhkəmələrdə habelə dövlət orqanlarında və digər təşkilatlar qarşısında qanuni təmsilçiliyini həyata keçirmək, prosessual sənədlərin (iddia ərizəsi,etibarnamə, etiraz, vəsatət, şikayət və s.) hazırlanmasını təmin edilməsi;
- Cəmiyyətə daxil olmuş hüquqi xarakterli müraciətlərin, ərizə və şikayətlərin, habelə məktub və sorğuların qüvvədə olan qanunvericiliyin tələbləri baxımından hərtərəfli hüquqi ekspertizasının aparılması, onların mahiyyəti üzrə təhlil edilməsi cavablandırılması;
- Əmək münasibətləri sahəsində daxil olmuş sorğuların hüquqi baxımdan araşdırılması və cavablandırılması, işə qəbul, işdən azad etmə, intizam məsuliyyəti, maddi məsuliyyət və digər kadr prosedurlarının qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
- Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması, yoxlamalar zamanı müəssisənin maraqlarının müdafiəsinin təmin edilməsi;
- Korporativ idarəetmə sahəsində hüquqi dəstəyin göstərilməsi, təsisçi qərarlarının hüquqi baxımdan düzgün rəsmiləşdirilməsinin təmin edilməsi;
- Cəmiyyətin fəaliyyətinin qanunvericiliyə uyğunluğunun və hüquqi mənafelərinin qorunmasının təmin edilməsi, qanunvericilikdə baş verən dəyişiklikləri mütəmadi izləmək, təhlil etmək və rəhbərliyi məlumatlandırmaq;
- Cəmiyyətin bütün struktur bölmələrinə hüquqi dəstəyin verilməsi, daxili normativ sənədlərin təkmilləşdirilməsi;
- Rəhbərliyin aidiyyati işlərin icrası ilə bağlı verilən tapşırıqları vaxtında icra edilməsi.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Hüquq sahəsində ali təhsil;
- Mülki, Əmək, İnzibati hüquq;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi.
Təklif Edilir:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq 5 günlük iş həftəsi;
- İş qrafiki: 09:00 – 18:00;
- Tibbi sığorta;
- Korporativ iş nömrəsi;
- İş yeri: Bakı Beynəlxalq Avtovağzal Kompleksi.
Qeyd - vəzifə, tərəfdaş etdiyimiz şirkətlərin birinə axtarılır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.