AzTelco Group MMC AzTelco Group MMC
  • 160

AzTelco Group MMC

Telecommunication services

Junior 1C Developer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Junior 1C Developer

  • Истекает 7 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“AzTelco Group” MMC üçün " Junior 1C Developer" axtarışındayıq!

İş şəraiti

  • İş yeri: Çinar Plaza, Bakı, Azərbaycan;
  • İş rejimi: Tam ştat (Ofisdə);
  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00 – 18:00.

Vəzifə Öhdəlikləri:

  • Mövcud 1C sistemlərinin texniki dəstəyi və funksional təkmilləşdirilməsi;
  • Yeni modulların layihələndirilməsi, hazırlanması və tətbiqi;
  • İstifadəçi tələblərinə əsasən texniki tapşırıqların hazırlanması və icrası;
  • Müxtəlif departamentlərlə sıx əməkdaşlıq və ehtiyacların təhlili;
  • 1C sistemlərinin digər proqram təminatları ilə inteqrasiyası (CRM sistemləri, bank sistemləri, veb xidmətlər və s.);
  • Məlumatların miqrasiyası və sistemlərin yenilənməsi proseslərində texniki dəstəyin göstərilməsi;
  • Texniki sənədlərin və sistem üzrə dokumentasiyanın hazırlanması və aktual saxlanılması.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • İnformasiya Texnologiyaları, Riyaziyyat, İqtisadiyyat və ya əlaqədar sahə üzrə ali təhsil;
  • 1C:Enterprise 8.3 platformasında minimum 1-2 il iş təcrübəsi;
  • Mühasibatlıq, anbar, ticarət, əməkhaqqı kimi modullar (УПП, ERP, Бухгалтерия, ЗУП və s.) üzrə dərin bilik və təcrübə;
  • 1C konfiqurasiyalarının modifikasiyası və yenidən yazılması bacarığı;
  • Məlumat bazalarının strukturu haqqında anlayış və SQL sorğuları ilə işləmə bacarığı (MSSQL, PostgreSQL və s.);
  • İstifadəçi tələblərinin toplanması, texniki tapşırıqların hazırlanması və tətbiqi bacarığı;
  • REST və SOAP API-lərlə inteqrasiya sahəsində təcrübə;
  • Komanda ilə işləmə bacarığı.
  • Git və digər versiya nəzarət sistemləri ilə işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və texniki ingilis dili bilikləri üstünlük sayılır;
  • Müvafiq sahədə sertifikatların mövcudluğu (“1С:Профессионал”, “1С:Специалист” və s.) üstünlükdür.

Biz sənə nə təklif edirik?

  • İnnovativ və dəstəkləyici iş mühiti;
  • Gənc və enerjili komanda ilə işləmək fürsəti;
  • Öz ideyalarını reallaşdırmaq və dəyər qatmaq imkanı;
  • Şirkət tərəfindən təyin olunan nahar;
  • Könüllü tibbi sığorta;
  • Korporativ nömrə.

 Necə müraciət etməli?

Maraqlanan namizədlər CV-lərini “Junior 1C Developer” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily60
  • Weekly526
  • Monthly645