AzTelco Group MMC AzTelco Group MMC
  • 397

AzTelco Group MMC

Rabitə xidmətləri

Layihələndirmə üzrə Menecer

  • Deadline 23 May 2026

Tabeli qurumlarımızdan biri üçün "Layihələndirmə üzrə Menecer" axtarışındayıq!

Əgər tikinti sahəsində təcrübəniz varsa və layihələri sıfırdan uğurla idarə etməyi bacarırsınızsa – bu fürsət sizin üçün ola bilər.

Ünvan: STN Plaza

Vəzifə Öhdəlikləri:

  • Şirkətin layihələndirmə strategiyasının formalaşdırılması və icrasına rəhbərlik etmək;
  • Layihələndirmə şöbəsinin strukturunun qurulması, iş bölgüsünün aparılması və fəaliyyətinin əlaqələndirilməsi;
  • Layihə portfelinin idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi;
  • Layihə risklərinin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;
  • Memarlıq, konstruktiv və mühəndis (MEP) layihələrinin hazırlanmasına ümumi rəhbərlik etmək;
  • Layihələrin mövcud tikinti norma və qaydalarına uyğunluğunu təmin etmək;
  • Layihə sənədlərinin (eskiz, işçi layihə, icra layihələri) keyfiyyətinə və dəqiqliyinə nəzarət etmək;
  • Layihələr üzrə texniki həllərin optimallaşdırılmasını təmin etmək;
  • Tikinti, satınalma, smeta və kommersiya şöbələri ilə sıx əməkdaşlıq etmək;
  • Müxtəlif layihə təşkilatları ilə koordinasiyanı təmin etmək;
  • Dövlət qurumları, ekspertiza və icazəverici orqanlarla iş aparmaq;
  • Layihələndirmə işlərinin büdcə çərçivəsində icrasını təmin etmək;
  • Layihə qrafiklərinə nəzarət etmək və gecikmələrin qarşısını almaq;
  • Dəyişikliklərin (variation) texniki və maliyyə təsirini qiymətləndirmək;
  • Layihələndirmə heyətinin seçilməsi, inkişafı və fəaliyyətinin qiymətləndirilməsi;
  • Daxili standartların və layihələndirmə prosedurlarının hazırlanması və tətbiqi;
  • Layihələrlə bağlı texniki qərarların verilməsində iştirak etmək;
  • Layihələndirmə proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Tabeliyində olan əməkdaşlar üçün tapşırıqlar vermək və icraya nəzarət etmək;
  • Layihələrlə bağlı iclaslarda şirkəti təmsil etmək.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil (Memarlıq, İnşaat mühəndisliyi və ya əlaqəli sahə);
  • Müvafiq sahə üzrə 3 il təcrübə;
  • Rəhbər vəzifədə minimum 1 il təcrübə;
  • Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı və rus dili üstünlükdür;
  • Microsoft Office proqramlarını yaxşı bilmək;
  • Tikinti norma və standartlarını dərindən bilmək;
  • Layihələrin idarəedilməsi sahəsində uzunmüddətli təcrübə;
  • Texniki və strateji planlama bacarıqları.

Təklif edilir:

  • Dinamik mühitdə işləmək və inkişaf şansı;
  • Rahat və müasir iş mühiti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily78
  • Weekly545
  • Monthly2254