Tabeli qurumlarımızdan biri üçün "Maliyyə (Kənar) Auditi üzrə Mütəxəssis" axtarışındayıq!
Əgər sən də korporativ mühitdə təcrübəyə sahibsənsə, daxili nəzarət, risklərin qiymətləndirilməsi və audit hesabatlarının hazırlanması sahəsində biliklərin varsa, bu imkan sənin üçündür!
Vəzifə Öhdəlikləri:
- Maliyyə, əməliyyat və uyğunluq riskləri də daxil olmaqla, biznes fəaliyyətləri ilə bağlı potensial riskləri müəyyənləşdirmək və qiymətləndirmək;
- Daxili nəzarət mexanizmlərinin dizaynını və effektivliyini qiymətləndirmək, müvafiq tövsiyələr vermək;
- “Fraud” hallarının araşdırılması və müvafiq hesabatının hazırlanması;
- Proseslərin qanunvericiliyə, daxili qaydalara və ən yaxşı təcrübələrə uyğunluğunu təhlil etmək və qiymətləndirmək;
- Tapıntılar, əsas səbəblər və tətbiq edilə bilən tövsiyələr əsasında əhatəli audit hesabatları və audit rəyləri hazırlamaq;
- Audit standartlarına uyğunluğun və iş keyfiyyətinin təmin olunması məqsədilə vəzifəsi daha aşağı olan komanda üzvləri tərəfindən görülən işləri nəzərdən keçirmək və təsdiq etmək;
- Bizneslə bağlı trendləri, audit standartları və metodologiyası ilə bağlı yeniliklərdən daim xəbərdar olmaq;
- Audit layihələri, tapıntıları və tövsiyələrinin ətraflı şəkildə sənədləşməsini təmin etmək;
- Audit sənədlərinin gələcək istinad edilə bilməsi üçün düzgün şəkildə arxivləşdirilməsini təmin etmək;
- Audit layihələri zamanı əldə olunmuş həssas məlumatların məxfiliyini qorumaq və bu sahədə yüksək etik davranış nümayiş etdirmək;
- Etik kodeksin prinsiplərinə və təşkilatın daxili siyasətlərinə riayət etmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Müvafiq sahədə ali təhsil;
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Korporativ mühitdə iş təcrübəsi;
- Azərbaycan, ingilis dillərini mükəmməl bilmək (rus dili biliyi üstünlükdür);
- MS PowerPoint təqdimatlarını hazırlama bacarığı;
- MS Word və Excel proqramlarını yaxşı dərəcədə bilmək;
- Tapşırıqların idarə edilməsi və əməkdaşlıq üçün Microsoft Planner-də səriştəlilik.
Səriştələr:
- Komanda işi və əməkdaşlıq;
- Nəticə yönümlülük;
- Təqdimat bacarığı;
- Danışıqlar apara bilmək qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı;
- Detallara diqqət yetirmə qabiliyyəti;
- Diqqətli və məsuliyyətli;
- Vaxtın idarə olunması.
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Maliyyə (Kənar) Auditi üzrə Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.