Ünvan: Bakı, Heydər Əliyev Pros. 152, Çinar Plaza (Ünvan quruma görə dəyişə bilər.)
Tabeli qurumlarımızdan biri üçün "Təchizat üzrə Mütəxəssis" axtarışındayıq!
Vəzifə Öhdəlikləri:
- Yerli bazarda potensial təchizatçıların araşdırılması və qiymətləndirilməsi.
- Kommersiya təkliflərinin toplanması, müqayisəsi və təhlili.
- Satınalma sifarişlərinin hazırlanması, göndərilməsi və prosesin izlənməsi.
- Təchizatçılarla danışıqlar aparmaq, qiymət və müqavilə şərtlərini razılaşdırmaq.
- Müqavilələrin hazırlanmasında hüquq və maliyyə komandası ilə əməkdaşlıq etmək.
- Alınmış məhsulların keyfiyyətinin, sayının və təhvil-təsliminin nəzarəti.
- Satınalmalar üzrə hesabatların və analitik məlumatların hazırlanması.
- ERP və ya digər daxili sistemlərdə məlumatların düzgün qeydiyyatı və sənədləşmə.
- Təchizat risklərinin idarə edilməsi və alternativ təchizatçıların müəyyənləşdirilməsi.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Ali təhsil (iqtisadiyyat, mühəndislik, logistika və ya idarəetmə sahəsində üstünlükdür)
- Satınalma və müqavilə prosesi üzrə qanunvericilik və daxili prosedurlar barədə məlumatlılıq
- Əla ünsiyyət və danışıqlar bacarığı
- Analitik düşüncə və qiymət müqayisəsi aparmaq bacarığı
- Microsoft Office proqramlarında və ERP sistemlərində (məsələn, 1C, SAP) sərbəst işləmək bacarığı
- Vaxtın səmərəli idarə olunması və dəqiqlik
- Komandada işləmək və müstəqil qərarvermə bacarığı
- Azərbaycan dili sərbəst, rus və ya ingilis dili bilikləri arzuolunandır
Təklif edilir:
- Dinamik mühitdə işləmək və inkişaf şansı
- Rahat və müasir iş mühiti
- Ödənişsiz nahar, korporativ nömrə təminatı
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini “Təchizat üzrə Mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.