Aztelekom Aztelekom
  • 768

Brend və reklam işi üzrə aparıcı mütəxəssis

  • Deadline 14 July 2024

Təsvir:

  • Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək
  • Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək
  • Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək
  • Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək
  • Daxili müştərilərlə (şirkətin digər departamentləri) daim əlaqədə olmaq, onların kampaniya və məhsullarını komanda ilə müzakirə edib istehsal etmək
  • Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq
  • Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq
  • İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək
  • Şirkətin Satınalma departamenti ilə əməkdaşlıq etmək, satınalma prosessini izləmək, PO - PR yaradılmasını bilmək
  • Korporativ hədiyyələr, merch ilə məşqul olmaq. Kreativ yanaşma ilə onları seçmək və sifariş gələnə kimi prosesi izləmək
  • OOH, SM və digər kanallarda məlumatların günlük, aylıq və rüblük monitorinqini həyata keçirmək
  • Rəhbərlik tərəfindən həvalə olunan əlavə tapşırıqları yerinə yetirmək

Tələblər:

  • Ali təhsil (biznes,maliyyə,marketinq,kommersiya sahələrindən biri üzrə)
  • Brend və ya reklam işi sahəsində ən azı 5 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur)
  • Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir)
  • MS Office
  • Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
  • Vendorlarla işləmə bacarığı
  • Təşkilatçılıq bacarığı
  • Vaxtın düzgün idarə olunması bacarığı
  • Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
  • Təzyiqə davamlı olmaq
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Trello)
  • Böyük müştəri bazası ilə işləmə
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı  
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
  • Təşəbbüskarlıq və yaradıcılıq
  • Daily0
  • Weekly289
  • Monthly2019