Aztelekom Aztelekom
  • 336

Core (Əsas) şəbəkə mühəndisi

Core (Əsas) şəbəkə mühəndisi

  • Deadline 5 Oktyabr 2025

Gələcəyin rabitəsini birlikdə qururuq!

Biz sadəcə rabitə qurmaqla kifayətlənmirik – biz insanları, ideyaları və fürsətləri birləşdiririk.

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!

Səni hansı missiya gözləyir?

  • BNG (Broadband Network Gateway) və CGNAT (Carrier-Grade NAT) sistemlərinin qurulması, konfiqurasiyası və optimallaşdırılması
  • Backbone şəbəkə infrastrukturunun inkişafı və dayanıqlığının təmin edilməsi
  • IP şəbəkə protokolları (BGP, OSPF, ISIS) üzrə topologiyaların dizaynı və optimizasiyası
  • Şəbəkə problemlərinin diaqnostikası, troubleshooting və root-cause analizinin aparılması
  • Mövcud şəbəkə resurslarının təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi
  • Linux/Unix mühitində şəbəkə xidmətlərinin idarə olunması və optimallaşdırılması
  • Şəbəkə təhlükəsizliyi tədbirlərinin tətbiqi və sınaqların keçirilməsi
  • Şəbəkə performansının monitorinqi və optimallaşdırılması
  • Texniki sənədlərin hazırlanması və komanda ilə sıx əməkdaşlıq

Səndə bunlar varsa, müraciət etməyə dəyər:

  • BNG və CGNAT sistemləri ilə real iş təcrübəsi
  • BGP, OSPF, ISIS protokolları ilə praktiki iş bacarığı
  • Troubleshooting və şəbəkə problemlərinin həlli üzrə güclü bilik
  • Linux/Unix mühitində şəbəkə xidmətlərinin idarə olunması təcrübəsi
  • Şəbəkə təhlükəsizliyi və performans optimallaşdırılması bacarığı
  • Rus və İngilis dillərində texniki ünsiyyət bacarığı
  • Komandada işləmə və məsuliyyətli yanaşma

Biz nə təklif edirik?

  • Rəqəmsal transformasiyanın önündə gedən innovativ layihələrdə iştirak imkanı
  • Daimi peşəkar inkişaf və sertifikatlaşdırma dəstəyi
  • Müasir texnologiyalarla işləmək imkanı
  • Müsbət və dəstəkləyici komanda mühiti
  • Rəqəmsal gələcəyin qurulmasında fəal rol

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly706
  • Monthly1343