Gələcəyin rabitəsini birlikdə qururuq!
Biz sadəcə rabitə qurmaqla kifayətlənmirik – biz insanları, ideyaları və fürsətləri birləşdiririk.
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- BNG (Broadband Network Gateway) və CGNAT (Carrier-Grade NAT) sistemlərinin qurulması, konfiqurasiyası və optimallaşdırılması
- Backbone şəbəkə infrastrukturunun inkişafı və dayanıqlığının təmin edilməsi
- IP şəbəkə protokolları (BGP, OSPF, ISIS) üzrə topologiyaların dizaynı və optimizasiyası
- Şəbəkə problemlərinin diaqnostikası, troubleshooting və root-cause analizinin aparılması
- Mövcud şəbəkə resurslarının təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi
- Linux/Unix mühitində şəbəkə xidmətlərinin idarə olunması və optimallaşdırılması
- Şəbəkə təhlükəsizliyi tədbirlərinin tətbiqi və sınaqların keçirilməsi
- Şəbəkə performansının monitorinqi və optimallaşdırılması
- Texniki sənədlərin hazırlanması və komanda ilə sıx əməkdaşlıq
Səndə bunlar varsa, müraciət etməyə dəyər:
- BNG və CGNAT sistemləri ilə real iş təcrübəsi
- BGP, OSPF, ISIS protokolları ilə praktiki iş bacarığı
- Troubleshooting və şəbəkə problemlərinin həlli üzrə güclü bilik
- Linux/Unix mühitində şəbəkə xidmətlərinin idarə olunması təcrübəsi
- Şəbəkə təhlükəsizliyi və performans optimallaşdırılması bacarığı
- Rus və İngilis dillərində texniki ünsiyyət bacarığı
- Komandada işləmə və məsuliyyətli yanaşma
Biz nə təklif edirik?
- Rəqəmsal transformasiyanın önündə gedən innovativ layihələrdə iştirak imkanı
- Daimi peşəkar inkişaf və sertifikatlaşdırma dəstəyi
- Müasir texnologiyalarla işləmək imkanı
- Müsbət və dəstəkləyici komanda mühiti
- Rəqəmsal gələcəyin qurulmasında fəal rol
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.