Təsvir
- İşçilərin əmək haqqı, bonuslar və digər mükafatlarının düzgün və vaxtında hesablanması.
- Vergilər və digər kəsintilərin düzgün tətbiq olunmasını təmin etmək.
- İşçilərin əmək haqqı hesablarının yoxlanılması, təkmilləşdirilməsi və təhlil edilməsi.
- İşçilərdən gələn əmək haqqı, bonus və digər ƏH məsələləri ilə bağlı sualları cavablandırmaq.
- Əmək haqqı ödənişlərinin yığılması, yoxlanılması və ödəniş üçün Maliyyə departamentinə göndərilməsi.
- SAP sisteminə lazımı məlumatların vaxtında işlənilməsi.
- Sistemdə yaradılmış yeni funksionallıqların test edilməsi.
- Daxili və xarici hesabatların hazırlanması və təqdim olunması (aylıq, rüblük, illik).
- Dövlət orqanlarına təqdim olunan vergi, sosial sığorta və digər hesabatların hazırlanması.
- Əmək haqqı ilə bağlı qanunvericilik tələblərinə riayət edilməsi.
- Şirkətin daxili siyasət və prosedurlarına uyğun olaraq əmək haqqı proseslərini təkmilləşdirmək və müasir texnologiyalardan istifadə edərək daha effektiv metodlar tətbiq etmək.
Tələblər
- İqtisadiyyat, maliyyə, idarəetmə və ya müvafiq sahələrdə ali təhsil.
- ƏH üzrə mütəxəssis kimi ən azı 2-4 illik iş təcrübəsi.
- Vergi qanunvericiliyi, sosial sığorta və əmək haqqı sistemləri üzrə yüksək təcrübə.
- ERP sistemlər üzrə (SAP arzu olunandır) üzrə təcrübə.
- Ofis proqramları (xüsusilə Microsoft Excel) üzrə yüksək səviyyədə biliklər.
- Əmək qanunvericiliyi, vergi və sosial sığorta ilə bağlı mükəmməl biliklər.
- Mövcud qanun vericilikdə ƏH hesablanma qaydasını yüksək səviyyədə bilmək.
- Dəqiqlik və detallara diqqət yetirmə bacarığı.
- Məsuliyyətli və təşəbbüskarlıq.
- Yüksək ünsiyyət qurma bacarığı.
- Stressə davamlılıq və zaman idarəetməsi qabiliyyəti.
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat