Aztelekom Aztelekom
  • 784

Əməyin mühafizəsi üzrə mühəndis

  • Deadline 12 İyul 2024

Təsvir:

  • Cəmiyyətdə qəzaların, peşə xəstəliklərinin və xəsarətalmaların qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və müalicəvi-profilaktik tədbirlərin icrasını təmin edir.
  • Fəaliyyətini Sağlamlıq, Əmək Qanunvericiliyi, Ətraf Mühitin Mühafizəsi və Yanğından Mühafizə Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla icra edir;
  • Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının  işlənilməsində iştirak edir;
  • Əməyin mühafizəsi ilə əlaqadar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
  • Tabeli qurumların (RXM-lər)  işçiləri tərəfindən əmək qanunvericiliyinin və Sağlamlıq, Əmək Qanunvericiliyi, Ətraf Mühitin Mühafizəsi və Yanğından Mühafizə tələblərinə riayət etmələrinə nəzarət edir;
  • Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasında, profilaktik tədbirlərin həyata keçirməsində şöbələr üzrə SƏTƏMM mühəndislərinə metodiki köməklik göstərir və lazım gəldikdə metodiki və metodoloji tövsiyələrini verir.
  • Cəmiyyətin KNƏM şöbəsi rəhbərinin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
  • Istehsalat travmatizminin, peşə xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotunu və təhlilini aparır.
  • Bina, qurğu və avadanlıqların, mexanizmlərin, rabitə dirəklərinin, kabel kanailzasiya qurğularının və digər aparatların texniki vəziyyətinin əməyin təhlükəsizliyi normalara, qaydalara uyğunluğuna və həmçinin ventilyasiya sistemlərinin, sanitar-məişət otaqlarının vəziyyətinə qulluq olunmasına düzgün nəzarətin aparılmasını yoxlayır;
  • Təhlükəsiz iş şəraitinin yaradılmasında və yaxşılaşdırılmasında iştirak edir və lazım gəldikdə müvafiq metodiki və metodoloji köməklik göstərir.
  • SƏTƏMM üzrə aylıq, rüblük, yarımillik və illik yekun statistik hesabatları tərtib edərək, KNƏM şöbəsinin müdirinə vaxtında təqdim edir.
  • Şöbə üzrə SƏTƏMM planını tərtib edir və baş idarənin KNƏM şöbəsinə təqdim edir.
  • İş sahələrində işçilərin sağlamlığına və həyatına təhlükə yaradan işləri saxlayır və bu barədə rəhbərliyi məlumatlandırır.
  • Təhlükə potensiallı işlərin və layihələrin risklərinin qiymətləndirilməsinə və həmçinin bu sənədi, kənar təşkilatlar tərəfindən RXM ərazisində görüləcək riskli işlərlə bağlı tələb edir və o təqdim olunmayana qədər işlərin icrasına icazə vermir.
  • SƏTƏMM üzrə tabeli qurumlarda aparılan qeydiyyatların (sənədləşmənin) düzgün və vaxtlı-vaxtında aparılmasına nəzarət edir, lazımi tövsiyələrini verir və ehtiyac duyulduqda metodiki və metodoloji köməklik göstərir.
  • Əməyin mühafizəsi üzrə mühəndis tabeli qurumlarda və baş idarədə icra olunan SƏTƏMM  prosedurlarına əməl olunmasına nəzarət edir.

Tələblər:

  • Ali texniki təhsilə malik olmalıdır;
  • SƏTƏMM üzrə ən azı üç il təcrubəsi olmalıdır;
  • Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dillərini bilməsi arzu olunandır;
  • SƏTƏMM və yanğın təhlükəsizliyi üzrə qaydaları və normativləri mükəmməl bilməlidir;
  • Kompüter bilikləri üzrə : MS Office, Outlook, Power Point və ya onu əvəzləyən programları mükəmməl bilməlidir;
  • İşgüzar yazışma qaydalarını bilməlidir;
  • Öz sahasi üzrə təlim-tədris materiallarını və testləri hazırlama bacarığına malik olmalıdır;
  • Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır;
  • Kreativ düşüncəyə malik olmalıdır.
  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019