Səndən gözlədiklərimiz:
- Daşınmaz əmlakın reyestrini hazırlayaraq sahədə dəqiq və şəffaf idarəetmənin qurulmasına töhfə vermək.
- Dövlət qurumları ilə əməkdaşlıq edərək öyrənmə və bilik paylaşımı mədəniyyətini inkişaf etdirmək.
- Qiymətləndirmə üçün təqdim olunan sənədləri təhlil etmək və praktiki bacarıqlarını əmlaklara baxış zamanı tətbiq etmək.
- Daşınmaz əmlak bazarını araşdırmaq və nəticələrini analitik hesabatlara çevirmək.
- Təqdimat materialları və analitik sənədlər hazırlayaraq həm öz, həm də komandanın inkişafına dəyər qatmaq.
- Kənar qiymətləndirmə təşkilatlarının hesabatlarını ekspertiza edərək peşəkar yanaşmanı möhkəmləndirmək.
- Qiymətləndirmə işlərinin metodoloji dəqiqliyini təmin etməklə sahədə standartların formalaşmasına dəstək olmaq.
- Şöbə və departamentin digər fəaliyyətlərinə dəstək göstərərək komanda işində öyrənmək və paylaşmaq.
- Qiymətləndirmə proseslərini təkmilləşdirmək və yeni modellər üzərində işləməklə innovativ yanaşma formalaşdırmaq.
Tələblər
- Müvafiq istiqamət üzrə ali təhsil.
- Əmlakın idarə olunması sahəsində üzrə 3 il iş təcrübəsi.
- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsi və Əmlak məcəlləsi üzrə biliklər.
- Əmlakın qiymətləndirilməsi sahəsində nəzəri və praktiki biliklər.
- İşə məsuliyyətli yanaşma, səbirli və təmkinli olmaq, yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.
- Yüksək təqdimat bacarığı və komandada effektiv işləmək qabiliyyəti.
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
- Daşınmaz əmlak sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalıdır.
- Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır).
- MS Office proqramlarında (xüsusilə Excel-də) əhatəli bilik və tətbiq bacarıqlarına malik olmaq.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.