Vəzifə öhdəlikləri:
- SAP modullarına və standartlarına hakim olmaq, SAP sistemlərinin funksionallığını və tətbiqini yaxşı başa düşmək.
- SAP layihələrinin bütün mərhələlərində, planlaşdırmadan həyata keçirilməyə qədər olan bütün proseslərdə iştirak etmək.
- Layihənin büdcəsini izləmək, resursların düzgün istifadəsini təmin etmək və maliyyə resurslarının effektiv idarə olunması.
- Biznesin ehtiyaclarını qarşılamaq və səmərəliliyini artırmaq üçün yenilikçi həllər irəli sürmək və strateji məqsədlərə uyğun yeni texnologiyalar tətbiq edərək prosesləri optimallaşdırmaq.
- Şirkətin sahib olduğu SAP tətbiq və infrastrukturunu nəzərə alaraq, gərəkli proseslərin incələnərək sənədləşdirilməsi.
- Biznes prosesinin təkmilləşdirilməsi təşəbbüslərinin həyata keçirilməsi mərhələləri ilə bağlı bütün aspektlərə nəzarət edilməsi.
- Təşkilatda mövcud olan hər hansı prosesin xəritəsini hazırlanması və biznes prosesini təkmilləşdirmək üçün yenilərinin tərtib edilməsi.
- ERP tələblərini müəyyən etmək üçün biznes bölmələri ilə məsləhətləşmək.
- ERP proqram/proqramlarının quraşdırılması və inteqrasiyası.
- Düzgün biznes həlləri və dəqiq nəticələrlə təmin etmək üçün ERP sisteminin yenilənməsi və idarə edilməsi.
- SAP sisteminə nəzarəti həyata keçirmək və uyğunsuzluqları vaxtı vaxtında rəhbər heyətlə bölüşmək.
- Xarici məsləhətçilərlə sıx əlaqəda olmaq və sistemdə ehtiyac olan dəyişiliklərin düzgün və vaxtında icrasını həyata keçirmək.
- Mühasibatlıq və Hesabatlılıq şöbəsi tərəfindən tələb olunan hesabatların hazırlanması.
- Hesabatlılıq üzrə avtomatlaşdırma işlərinin həyata keçirilməsi.
- MM, Fİ və HR Modullarının funksiyanallığına və online rejimdə işləməsinə nəzarət edilməsi.
- Yeni modulların ( CO, FM və.s) tətbiqinə tələb olan ehtiyacların müəyyən olunması və ehtiyac olduqda tətbiqə başlanılması.
Tələblər:
- Ali təhsil (Biznes administrasiyası, İT və ya Maliyyə sahəsi üzrə).
- SAP layihələrinin tətbiqində ən az 3 il iş təcrübəsi, SAP sistemlərinin tətbiqi və idarə edilməsi sahəsində geniş bilik və bacarıqlara sahib olmaq.
- Komanda ilə effektiv işləmə, tapşırıqları düzgün planlaşdırma, hesabatlar hazırlama və təyin edilmiş deadline-lara riayət etmə bacarıqları.
- Tərəfdaşlarla mükəmməl ünsiyyət qurma bacarığı, layihə ilə bağlı məlumatları aydın və dəqiq çatdırmaq.
- Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı.
- Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır).
- Kompüter bilikləri üzrə: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalıdır.
- Analitik düşünmə qabiliyyəti.
- Problemi həll etmək bacarığı.
- Struktur bölmələri ilə əməkdaşlıq etmə bacarığı.
- Müasir texnologiyalar və trendlərdən xəbərdar olmalı.