Təsvir
- Maliyyə əməliyyatlarının monitorinqi və təhlili üçün məlumatların toplanması, təmizlənməsi və vizuallaşdırılması.
- Gəlirlərin izlənməsi və səmərəliliyin təhlili üzrə hesabatların hazırlanması.
- Gəlir təminatı tədbirlərinin həyata keçirilməsi.
- Gəlir itkilərinin aşkarlanması üçün analitik modellərin qurulması və davamlı nəzarətin təşkili.
- Fırıldaqçılığın idarə edilməsi üzrə məlumat analizi, anomal davranışların və şübhəli fəaliyyətlərin müəyyənləşdirilməsi.
- Power BI, Excel və digər alətlər vasitəsilə interaktiv dashboard və vizual hesabatların hazırlanması.
- Daxili nəzarət sistemlərinə dəstək məqsədilə anomaliya və uyğunsuzluq hallarının aşkarlanması.
- Şirkətin digər struktur bölmələri ilə əməkdaşlıq edərək məlumat mübadiləsi və optimallaşdırma proseslərinin icrası.
- KPI-lərin hazırlanması və monitorinqi.
- Audit və yoxlama proseslərinə məlumat dəstəyi vermək.
- Rəhbərliyə analitik rəy və tövsiyələrin təqdim olunması.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Statistika, İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə ali təhsil.
- Data analitika, biznes analitika və ya maliyyə analizi sahəsində minimum 1-3 il iş təcrübəsi.
- Excel, SQL və Power BI üzrə yüksək səviyyəli biliklər.
- Analitik düşüncə və detallara diqqətlilik.
- Komandada işləmə və kommunikasiya bacarıqları.
- Problem həlletmə bacarığı.
- İngilis dili bilikləri.
Üstünlük sayılacaq:
- Python ilə təhlil bacarığı.
- Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə.
- Revenue assurance və fraud management sahəsində bilik və təcrübə.
- Fraud detection modelləri üzrə biliklər və təcrübə (şəbəkə təhlili, davranış analizi və s.).
- Beynəlxalq sertifikatlar (PL-300, MOSE).
- ERP sistemləri ilə işləmə təcrübəsi.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.