Rəqəmsal marketinq üzrə baş mütəxəssis

  • Deadline 14 İyul 2024

Təsvir:

  • Rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq və həyata keçirmək
  • Biznesin tələblərinə uyğun olaraq korporativ saytın kontentini yeniləmək və kontenti daim nəzərdə saxlamaq
  • Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO)
  • Displey banner reklamlarının yaradılmasını və effektiv nəticə verməsini koordinasiya etmək
  • Rəqəmsal, kreativ və media agentliklərinin işini koordinasiya etmək
  • Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, aylıq hesabat hazırlmaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI/KPI və s.)
  • Komandanın digər üzvləri ilə sıx ünsiyyətdə olmaq və “brainstorminq”-lərdə iştirak etmək
  • Yeni web-sayt yaradılması prosesini idarə etmək
  • Şirkətin sosial media hesablarını idarə etmək, kontentin yaradılmasında birbaşa iştirak edib həllər təklif etmək
  • Rəhbərliyin müvafiq tapşırıqlarını həyata keçirmək

Tələblər:

  • Ali təhsil (Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə)
  • Rəqəmsal marketinq üzrə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur)
  • A/B və çoxşaxəli testlərin (A/B və MVT testing) aparılmasında təcrübə
  • Google Ads (GDN, Search, YouTube ads etc), Yandex Direct və digər reklam platformalarında kampaniyalarının yaradılması və optimallaşdırılması üzrə təcrübə
  • Azərbaycan və İngilis dili (Rus dilini bilmək üstünlük hesab olunur)
  • MS Office proqramları
  • Google (Ads, Analytics, YouTube, Data Studio etc.) HubSpot, Yandex (Direct, Metrica), CDMP (Certified Digital Marketing Professional), Facebook BluePrint və s., üzrə sertifikatlar
  • Güclü analitik bacarıqlar və təhlillərə əsaslanan düşüncə tərzi
  • E-mail marketinqin aparılması üzrə təcrübə
  • Müasir rəqəmsal texnologiyalar haqqında məlumatlı olmaq və onlayn araşdırma aparma bacarığı
  • Vebsayt analitikası üçün alətlər (məsələn, Google Analytics, Yandex Metrica, Data Studio) üzrə biliklər
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Trello)
  • Böyük müştəri bazası ilə işləmə
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
  • Təşəbbüskarlıq və yaradıcılıq
  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019