Şəhər şöbə müdiri (Tovuz)

  • Deadline 7 İyul 2024

Təsvir:

  • Şöbəyə həvalə olunmuş vəzifələrin və funksiyaların yerinə yetirilməsi üçün məsuliyyət daşımaq
  • Şöbə tərəfindən əməliyyatların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək və şöbənin operativ fəaliyyətinə rəhbərlik etmək
  • Şöbəyə təhkim edilmiş (istismarına verilmiş) əmlakın qorunmasını təmin etmək,şöbədə yerləşən qiymətlilərin saxlanması işinin düzgün təşkili üçün məsuliyyət daşımaq
  • Hüquqi və fiziki şəxslərin ərizələrinə, təkliflərinə, şöbə işçilərinin hərəkətləri barəsində şikayətlərinə baxmaq, bunların əsasında lazımi tədbirlər görülməsi üçün Filiala göndərilməsini təmin etmək
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərin keçirilməsinin təşkil edilməsinə,işçilər tərəfindən əməyin mühafizəsi prosedurlarına və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarət etmək
  • İşçilərin əmək intizamına, Cəmiyyətin daxili sənədlərinin tələblərinə əməl etməsinə, müəyyən edilmiş iş günü (vaxtı) müddətini pozmamasına və işə davamiyyətinə nəzarəti həyat keçirmək
  • Şöbədə işin lazımi rejimdə, tələb olunan hallarda isə məxfi aparılması üçün məsuliyyət daşımaq
  • Şöbənin fəaliyyətinin nəticələri barədə Filiala hesabat vermək
  • Filialın digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya etmək, onların qarşılıqlı əlaqəsini təmin etmək
  • Tabeliyində olan şöbə əməkdaşlarının vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla aidiyyəti üzrə təqdim etmələrinə nəzarət etmək
  • Tabeliyində olan şöbə əməkdaşlarının vəzifə öhdəliklərini icra etmələrinə, qanunvericiliyin, o cümlədən Cəmiyyətdaxili normativ sənədlərə dair tələblərə əməl etmələrinə nəzarət etmək
  • Filial müdirinin, həmçinin Cəmiyyətin baş ofisinin struktur bölmə rəhbərlərinin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək

Tələblər:

  • Ali təhsil
  • İdarəçilik üzrə minimum 3 il iş təcrübəsi (Rabitə sahəsi üzrə olması üstünlükdür)
  • Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı
  • Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır)
  • Telekommunikasiya sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalıdır
  • Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalıdır
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir
  • Öz işinə göstərdiyi münasibəti və davranışı ilə kollektivdə pozitiv komanda ruhu yaratmalıdır
  • Nəzakətli və dürüst olmalıdır
  • Maraqların münaqişəsi hallarının qarşısını almalıdır
  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019