Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin axtarılması və əlaqələrin qurulması;
- Müştərinin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun uniforma/iş geyimlərinin təklif edilməsi;
- Satış prosesinin sifarişin qəbulundan yekunlaşdırılmasına qədər izlənilməsi;
- Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
- Görüş və satış nəticələri barədə rəhbərliyə məlumat verilməsi.
Tələblər:
- Satış sahəsinə marağı olan və ünsiyyətcil olmaq;
- Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı;
- Yeni müştərilərin axtarışı və əlaqə yaratmaq istəyinin olması;
- Satış sahəsində təcrübə arzuolunandır;
- Məsuliyyətli və aktiv olmaq;
- Komanda ilə işləmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq;
- Kompüterdə əsas proqramlarla işləmə bacarığı;
- Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmi sənədləşmə;
- Həftədə 5 günlük iş qrafiki;
- İş rejimi: 09:00 – 18:00
- Əmək haqqı: 700 AZN + bonus
- İş yeri: Bakı, Nərimanov ray., Koroğlu Rəhimov küç.22C
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.