Vəzifə öhdəlikləri
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq mühasibat standartlarına uyğun aparılmasını təmin etmək.
- Gündəlik maliyyə əməliyyatlarının uçotunu aparmaq və düzgün sənədləşdirilməsinə nəzarət etmək.
- Bank, kassa, debitor və kreditor borclarının uçotunu aparmaq və mütəmadi uzlaşdırmalar həyata keçirmək.
- Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, gəlir vergisi, sadələşdirilmiş vergi və s.) hazırlanması və vaxtında təqdim edilməsini təmin etmək.
- DSMF, işsizlik sığortası, icbari tibbi sığorta və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi.
- Maliyyə hesabatlarının (Balance Sheet, Statement of Profit or Loss, Cash Flow və s.) hazırlanmasında iştirak etmək.
- Ay sonu və il sonu bağlanış əməliyyatlarını həyata keçirmək.
- Əsas vəsaitlərin, ehtiyatların və digər aktivlərin uçotuna nəzarət etmək.
- Əməkhaqqının hesablanması və əməkhaqqı üzrə mühasibat uçotunun düzgün aparılmasını təmin etmək.
- Elektron qaimə-fakturaların, e-qaimələrin, elektron vergi hesab-fakturalarının və digər elektron sənədlərin işlənməsini həyata keçirmək.
- Mühasibat sənədlərinin arxivləşdirilməsini və saxlanmasını təmin etmək.
- Logo proqram təminatında əməliyyatların düzgün aparılmasını təmin etmək.
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların tətbiqini təmin etmək.
- Rəhbərlik tərəfindən verilən və vəzifəsinə aid digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şəraiti
- İş saatı həftənin 5 günü 09:00 – 18:00
- İş yeri Babək prospekti tərəfində yerləşir
- Əmək haqqı - 1200 - 1500 Azn
Namizədə qarşı tələblər
- Ali iqtisadi təhsil;
- Maliyyə və Mühasibatlıq sahəsində iş təcrübəsi;
- Mükəmməl səviyyədə Microsoft Office proqramlarını bilməli;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq danışıq qabiliyyəti;
- AR Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsinin tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır
- Yaş həddi – 27 - 40
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.