Bu gün Azərbaycanın ən böyük şirniyyat mağazalar şəbəkəsi olan AZZA şirkətİ “SCADA/BMS üzrə Avtomatlaşdırma və Enerji İdarəetmə Mütəxəssisi” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Müəssisənin elektrik stansiyasının (qaz/dizel generatorları) SCADA sistemi üzərindən monitorinqi və idarə olunması
- 6/0.4 kV elektrik şəbəkəsinin, transformatorların və paylayıcı qurğuların nəzarətdə saxlanılması
- Soyuducu sistemlərin (çillerlər, dondurucu kameralar) və havalandırma qurğularının (AHU, ventilyasiya sistemləri) BMS üzərindən idarə edilməsi
- İstehsalat xətlərinin avtomatika sistemlərinin (PLC, sensorlar, aktuatörlər) fasiləsiz və stabil işləməsinin təmin olunması
- SCADA və BMS sistemlərində nasazlıqların operativ aşkarlanması və aradan qaldırılması
- Enerji sərfiyyatının analizi, optimallaşdırılması və hesabatların hazırlanması
- Texniki heyətlə koordinasiya və istehsalat proseslərinin avtomatik rejimdə idarə olunmasının təmin edilməsi
Tələblər:
- Elektrik mühəndisliyi, avtomatika, energetika və ya oxşar sahə üzrə ali təhsil
- SCADA və BMS sistemləri ilə praktiki iş təcrübəsi
- PLC-lər (Siemens, Schneider, Allen-Bradley və s.) üzrə biliklər
- 6/0.4 kV elektrik şəbəkələri və enerji paylanması üzrə anlayış
- Soyuducu və havalandırma sistemlərinin avtomatik idarə olunması üzrə biliklər
- Texniki sənədləri oxuma və analiz etmə bacarığı
- Məsuliyyətli, analitik düşüncəli və operativ qərarvermə qabiliyyəti
Üstünlüklər:
- Enerji idarəetmə sistemləri (ISO 50001) üzrə biliklər
- Qida və ya sənaye istehsalı müəssisələrində təcrübə
- Generator sinxronlaşdırma və enerji avtomatikası üzrə biliklər
Şirkət təklif edir:
- altı günlük iş həftəsi
- nahar şirkətin hesabına
Namizələrdən mövzu yerində "SCADA/BMS üzrə Avtomatlaşdırma və Enerji İdarəetmə Mütəxəssisi" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.