SCADA/BMS üzrə Avtomatlaşdırma və Enerji İdarəetmə Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SCADA/BMS üzrə Avtomatlaşdırma və Enerji İdarəetmə Mütəxəssisi

  • Deadline 26 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bu gün Azərbaycanın ən böyük şirniyyat mağazalar şəbəkəsi olan AZZA şirkətİ  “SCADA/BMS üzrə Avtomatlaşdırma və Enerji İdarəetmə Mütəxəssisi” vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin elektrik stansiyasının (qaz/dizel generatorları) SCADA sistemi üzərindən monitorinqi və idarə olunması
  • 6/0.4 kV elektrik şəbəkəsinin, transformatorların və paylayıcı qurğuların nəzarətdə saxlanılması
  • Soyuducu sistemlərin (çillerlər, dondurucu kameralar) və havalandırma qurğularının (AHU, ventilyasiya sistemləri) BMS üzərindən idarə edilməsi
  • İstehsalat xətlərinin avtomatika sistemlərinin (PLC, sensorlar, aktuatörlər) fasiləsiz və stabil işləməsinin təmin olunması
  • SCADA və BMS sistemlərində nasazlıqların operativ aşkarlanması və aradan qaldırılması
  • Enerji sərfiyyatının analizi, optimallaşdırılması və hesabatların hazırlanması
  • Texniki heyətlə koordinasiya və istehsalat proseslərinin avtomatik rejimdə idarə olunmasının təmin edilməsi

Tələblər:

  • Elektrik mühəndisliyi, avtomatika, energetika və ya oxşar sahə üzrə ali təhsil
  • SCADA və BMS sistemləri ilə praktiki iş təcrübəsi
  • PLC-lər (Siemens, Schneider, Allen-Bradley və s.) üzrə biliklər
  • 6/0.4 kV elektrik şəbəkələri və enerji paylanması üzrə anlayış
  • Soyuducu və havalandırma sistemlərinin avtomatik idarə olunması üzrə biliklər
  • Texniki sənədləri oxuma və analiz etmə bacarığı
  • Məsuliyyətli, analitik düşüncəli və operativ qərarvermə qabiliyyəti

Üstünlüklər:

  • Enerji idarəetmə sistemləri (ISO 50001) üzrə biliklər
  • Qida və ya sənaye istehsalı müəssisələrində təcrübə
  • Generator sinxronlaşdırma və enerji avtomatikası üzrə biliklər

Şirkət təklif edir:

  • altı günlük iş həftəsi
  • nahar şirkətin hesabına

Namizələrdən  mövzu yerində "SCADA/BMS üzrə Avtomatlaşdırma və Enerji İdarəetmə Mütəxəssisi" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily47
  • Weekly205
  • Monthly2147