B and B Security Alliance Limited B and B Security Alliance Limited
  • 160

B and B Security Alliance Limited

Digər

GRC və Audit üzrə Aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

GRC və Audit üzrə Aparıcı mütəxəssis

  • Deadline 16 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Key Goal

  • Təşkilatın İdarəetmə, Risk və Uyğunluq (GRC) funksiyalarının effektiv və koordinasiyalı icrasını təmin etmək, daxili və xarici audit proseslərinə rəhbərlik etmək, ISMS-in yetkinlik səviyyəsini artırmaq, tənzimləyici və standart tələblərinə tam uyğunluğun təmin edilməsində iştirak etmək.

Responsibilities (Managerial & Operational)

  • GRC və audit fəaliyyətlərinin planlaşdırılması və koordinasiyası
  • Daxili audit proqramlarının hazırlanması və icrasına rəhbərlik etmək
  • Auditlərin risk əsaslı planlaşdırılması və prioritetləşdirilməsi
  • Audit komandasının tapşırıqlarının bölüşdürülməsi və icrasına nəzarət
  • Audit müşahidələrinin, uyğunsuzluqların və risklərin qiymətləndirilməsi
  • ISMS-in effektivliyinin monitorinqi və davamlı təkmilləşdirilməsi
  • ISO/IEC 27001:2022 üzrə uyğunluğun saxlanılması və auditə hazırlıq
  • Uyğunsuzluqlar üzrə korrektiv və preventiv tədbirlərin təsdiqi və icrasına nəzarət
  • Daxili və xarici auditorlarla, tənzimləyici qurumlarla əlaqələndirmənin aparılması
  • Audit və uyğunluq nəticələri üzrə rəhbərliyə hesabatların hazırlanması və təqdim edilməsi
  • GRC üzrə metodoloji sənədlərin və çərçivələrin hazırlanmasına rəhbərlik
  • Risk və nəzarət göstəricilərinin (KRI, KPI, KCI) formalaşdırılması və izlənilməsi
  • GRC və Audit üzrə mütəxəssis və kiçik mütəxəssislərə mentorluq və metodoloji dəstək

Competencies (Soft Skills)

  • Güclü analitik və risk əsaslı düşünmə bacarığı
  • Strukturlaşdırılmış hesabat yazma və sənədləşdirmə bacarığı
  • Müstəqil qərar vermə və məsuliyyət götürmə qabiliyyəti
  • Audit zamanı müsahibə aparma və sübut qiymətləndirmə bacarığı
  • Effektiv ünsiyyət və maraqlı tərəflərlə işləmə bacarığı
  • Peşəkar etika və məxfilik prinsiplərinə ciddi yanaşma
  • General requirements /Employees should know
  • Azərbaycan Respublikasının mövcud əmək qanunvericiliyi.
  • Şirkətin idarəetmə sistemi ilə bağlı metodoloji və normativ materiallar.
  • Biznes risklərinin qiymətləndirilməsi sənədləri üçün tələblər.
  • Şirkətdaxili prosedurlar, İnformasiya Təhlükəsizliyi Auditoru və Məsləhətçisi ilə bağlı təlimatlar.
  • B and B Security Alliance Limited MMC-nin baş direktorunun əmr və göstərişləri.

Bu vəzifə təsvirinin tələbləri.

  • Əməyin mühafizəsi qaydaları və normaları.
  • Yanğın təhlükəsizliyi qaydaları.
  • Daxili əmək qaydaları.
  • ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri üzrə Beynəlxalq Standart biliyi üstünlük təşkil edir.
  • ISO 27001:2022 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Beynəlxalq Standart biliyi üstünlük təşkil edir.

Personnel specifications

  • Təhsil - İnformasiya təhlükəsizliyi, İT, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə bakalavr

Aşağdakı sertifkatının olması üstünlükdür:

  • ISO/IEC 27001 Lead Auditor 
  • ISO/IEC 27001 Lead Implementer
  • CISA
  • CRISC
  • CISM
  • ISO 9001 Lead Auditor

Təcrübə

  • GRC, audit və ya informasiya təhlükəsizliyi sahəsində 3–5 il iş təcrübəsi
  • ISO/IEC 27001 əsaslı auditlərdə aparıcı roulda iştirak

Bilik və bacarıqlar

  • ISO/IEC 27001 Lead Auditor - yüksək səviyyədə
  • audit planlarıın hazırlanması
  • audit komandasına rəhbərlik
  • uyğunsuzluqların yekun təsdiqi
  • açılış və bağlanış görüşlərininaparılması
  • Audit rəhbərliyi bacarıqları
  • daxili auditlərə rəhbərlik
  • tənzimləyici auditlərə hazırlıq
  • kompleks GAP analizlərinin idarə edilməsi
  • NIST, PCI DSS, COBIT, ISO 22301 üzrə praktiki anlayış

Dil bilikləri

  • Azərbaycan dili – səlis
  • İngilis dili – Upper-Intermediate (audit, tənzimləyici və beynəlxalq standartlarla işləmək üçün)

Employee Rights and Liabilities
Hüquqlar:

  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsində rəhbərlikdən kömək istəmək hüququna malikdir.
  • Əmək Məcəlləsində və əlaqəli qanunvericilikdə göstərilən hüquqlar.

Məsuliyyətlər:

  • Rəsmi vəzifələrə riayət olunmasına görə məsuliyyət daşıyır.
  • Bu vəzifə təlimatında təsvir edilən vəzifələrin pozulması Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
  • İş fəaliyyətini həyata keçirərkən qanun və qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının inzibati, cinayət və mülki qanunvericiliyində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
  • Şirkətin etibar edilmiş avadanlıqlarının saxlanılmasına, təhlükəsizliyinə və düzgün istismarına cavabdehdir və şirkətin digər əmlakına dəyən ziyanın qarşısını almaq üçün bütün zəruri tədbirləri görməyə cavabdehdir.
  • Əmək müqavilələrinin və/və ya işə tətbiq olunan qanunların pozulması nəticəsində yaranan maliyyə itkiləri Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
  • B and B Security Alliance Limited MMC-nin maraqlarının qorunmasına görə məsuliyyət daşıyır.
  • İşçi imzalanmış sənədlərə görə şəxsən və qeyd-şərtsiz məsuliyyət daşıyır..

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily12
  • Weekly95
  • Monthly1775