B and B Security Alliance Limited B and B Security Alliance Limited
  • 299

B and B Security Alliance Limited

Digər

GRC və Audit üzrə Kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

GRC və Audit üzrə Kiçik mütəxəssis

  • Deadline 16 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Key Goal

  • GRC və audit funksiyalarının icrasında təcrübəli mütəxəssislərin rəhbərliyi altında iştirak etmək, risklərin idarə edilməsi, uyğunluq və audit proseslərinin əsas elementlərini öyrənmək və praktiki tapşırıqların icrasına dəstək göstərmək. Vəzifə informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin (ISMS) qurulması və saxlanılması üzrə baza biliklərin formalaşdırılmasını hədəfləyir.

Responsibilities (Managerial & Operational)

  • Risk qiymətləndirmə və GAP analizi proseslərində dəstəkçi rolunda iştirak etmək
  • Auditlər üçün sübutların toplanması, strukturlaşdırılması və arxivləşdirilməsində iştirak etmək
  • Siyasət, prosedur və təlimatların hazırlanmasına və yenilənməsinə dəstək olmaq
  • ISMS sənədlərinin (risk reyestri, fəaliyyət planları və s.) doldurulmasında iştirak etmək
  • Daxili nəzarətlərin test edilməsində təcrübəli mütəxəssislərə dəstək göstərmək
  • Uyğunluq üzrə sadə yoxlama siyahılarının (checklist) hazırlanmasına kömək etmək
  • Normativ və standart tələblərlə (ISO 27001, daxili qaydalar) tanış olmaq və tətbiqini öyrənmək
  • Audit müşahidələrinin sənədləşdirilməsində və hesabat layihələrinin hazırlanmasında iştirak etmək

Competencies (Soft Skills)

  • Analitik düşünmə və öyrənməyə yüksək motivasiya
  • Dəqiqlik və detallara diqqət
  • Tapşırıqları vaxtında və verilən təlimatlara uyğun icra etmək bacarığı
  • Komanda daxilində işləmək və geribildirimi qəbul etmək bacarığı
  • Məsuliyyətlilik və etik davranış
  • Məxfi məlumatlarla işləyərkən etibarlılıq
  • General requirements /Employees should know
  • Azərbaycan Respublikasının mövcud əmək qanunvericiliyi.
  • Şirkətin idarəetmə sistemi ilə bağlı metodoloji və normativ materiallar.
  • Biznes risklərinin qiymətləndirilməsi sənədləri üçün tələblər.
  • Şirkətdaxili prosedurlar, İnformasiya Təhlükəsizliyi Auditoru və Məsləhətçisi ilə bağlı təlimatlar.
  • B and B Security Alliance Limited MMC-nin baş direktorunun əmr və göstərişləri.

Bu vəzifə təsvirinin tələbləri.

  • Əməyin mühafizəsi qaydaları və normaları.
  • Yanğın təhlükəsizliyi qaydaları.

Daxili əmək qaydaları.

  • ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri üzrə Beynəlxalq Standart biliyi üstünlük təşkil edir.
  • ISO 27001:2022 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Beynəlxalq Standart biliyi üstünlük təşkil edir.

Personnel specifications

  • Təhsil - İnformasiya təhlükəsizliyi, İT, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə bakalavr
  • Təcrübə - GRC, audit, informasiya təhlükəsizliyi və ya İT sahəsində 0–1 il təcrübə
  • Təcrübə proqramlarında və ya universitet layihələrində iştirak üstünlükdür

Bilik və bacarıqlar

  • İnformasiya təhlükəsizliyi və risk anlayışları üzrə baza biliklər
  • MS Office (Word, Excel, PowerPoint) ilə işləmək bacarığı
  • Sənədlərlə işləmə və strukturlaşdırma bacarığı
  • Standart və normativ sənədlərlə işləməyə maraq

Dil bilikləri

  • Azərbaycan dili – sərbəst
  • İngilis dili – başlanğıc / Pre-Intermediate (texniki terminləri anlama səviyyəsində)

Employee Rights and Liabilities
Hüquqlar:

  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsində rəhbərlikdən kömək istəmək hüququna malikdir.
  • Əmək Məcəlləsində və əlaqəli qanunvericilikdə göstərilən hüquqlar.

Məsuliyyətlər:

  • Rəsmi vəzifələrə riayət olunmasına görə məsuliyyət daşıyır.
  • Bu vəzifə təlimatında təsvir edilən vəzifələrin pozulması Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
  • İş fəaliyyətini həyata keçirərkən qanun və qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının inzibati, cinayət və mülki qanunvericiliyində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
  • Şirkətin etibar edilmiş avadanlıqlarının saxlanılmasına, təhlükəsizliyinə və düzgün istismarına cavabdehdir və şirkətin digər əmlakına dəyən ziyanın qarşısını almaq üçün bütün zəruri tədbirləri görməyə cavabdehdir.
  • Əmək müqavilələrinin və/və ya işə tətbiq olunan qanunların pozulması nəticəsində yaranan maliyyə itkiləri Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
  • B and B Security Alliance Limited MMC-nin maraqlarının qorunmasına görə məsuliyyət daşıyır.
  • İşçi imzalanmış sənədlərə görə şəxsən və qeyd-şərtsiz məsuliyyət daşıyır..

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily12
  • Weekly95
  • Monthly1775