Vəzifə öhdəlikləri:
- Tam hazır şəkildə quraşdırılmış avtomatika və BMS sistemlərinə daimi nəzarət etmək
- KNX əsaslı bina idarəetmə sistemlərinin (işıqlandırma, havalandırma, isitmə/soyutma, pərdə/jalüz idarəetməsi və s.) işini monitorinq etmək
- KNX şin xəttində və ya bağlı modullarda yaranan nasazlıqları diaqnostika edib aradan qaldırmaq
- BMS platformasında alarmları, xəbərdarlıqları və sensor oxunuşlarını izləmək
- BMS sistemində parametrlərin, vaxt cədvəllərinin və ssenarilərin zəruri hallarda yenilənməsi
- KNX aktor, sensor, gateway, dimmer və digər modulların işləmə vəziyyətini yoxlama;
- Avtomatika panellərinin və sistem avadanlıqlarının profilaktik baxımını aparmaq;
- PLC, rele sistemi və digər avtomatika komponentlərində yaranan xırda nasazlıqları aradan qaldırmaq;
- İstehsalat və ya obyekt daxilində bütün avtomatika proseslərinin fasiləsiz işləməsinə nəzarət;
- Texniki qeydlərin aparılması və rəhbərliyə sistemlə bağlı məlumatların ötürülməsi.
Tələblər:
- Ali təhsil (mühəndislik sahəsi üzrə);
- Avtomatika sahəsində minimum 2-3 il iş təcrübəsi;
- KNX və ya digər bina idarəetmə sistemləri (BMS) haqqında məlumatlı olmaq;
- Avtomatika və elektrik sxemlərini oxuma bacarığı;
- Sensorlar, aktorlar, aktuatorlar və modullar haqqında baza bilikləri;
- Operativ, məsuliyyətli və diqqətli iş yanaşma.
İş şəraiti
- İş rejimi: Tam ştat, növbəli 12 saat iş;
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə nəticəsində müəyyən ediləcək.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Avtomatika Mütəxəssisi (KNX/BMS)” yazaraq göndərə bilər.