B Badamdar Hotel & Residences
  • 270

Badamdar Hotel & Residences

Hotel, restoran və istirahət mərkəzləri

Mətbəx təmizliyi üzrə xidmətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mətbəx təmizliyi üzrə xidmətçi

  • Deadline 27 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyası: 

  • İş yeri və ətraf əraziləri daim təmiz və səliqəli saxlanılmasını təmin edir  
  • Qabları otelin daxili qaydalarına əsasən yuyur və təmizləyir;
  • Qazanları, tavaları və digər iri mətbəx qablarını xüsusi qabyuyan maşını vasitəsilə yuyur; 
  • Zibil qablarını təyin olunmuş zibil yığımı qrafikinə uyğun boşaldır;
  • Şöbədə təyin edilmiş açma və bağlama prosedurlarına ciddi əməl etmək;
  • Zədələri minimuma endirmək və sıradan çıxmanın qarşısını almaq üçün bütün istismar avadanlığı və ləvazimatları ehtiyatla istifadə etmək. 
  • Mətbəx avadanlığının inventarizasiyasında yardım etmək. 

Tələblər:

Təhsil:

  •  Orta və ya peşə təhsil

Bilik və Bacarıqlar:

  • Fiziki dözümlülük;
  • Kimyəvi vasitələrin istifadə qaydalarını bilmək;
  • Qabyuyan maşınları və digər yuyucu aparatların istismarı haqqında biliklər
  • Stress altında işləmək;
  • Çeviklilik; 
  • Tələblərə və şəraitə uyğunlaşma

Dil bilikləri:                           

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili –arzuolunandır

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Öhdəliklər:

  • SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq və bütün prosedurların təhlükəsiz və SƏTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək;
  • Ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
  • Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;

Digər öhdəliklər:

  • Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
  • Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək; 
  • Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily47
  • Weekly47
  • Monthly51