B Badamdar Hotel & Residences
  • 821

Badamdar Hotel & Residences

Hotels, Restaurants & Leisure

Nəzarətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nəzarətçi

  • Deadline 19 July 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyası: 

  • Təhlükəsizlik şöbəsinin işçiləri və rəhbərliyə məlumat verilməsi üçün qeydiyyat jurnalında təhlükəsizliklə bağlı bütün hadisələri qeyd edir; 
  • Vestibüllər, dəhlizlər, qonaq otaqları və ictimai ərazilərdə keşik çəkmək, eyni zamanda heç bir yanğın, təhlükəsiz şəraitlər və / yaxud çatışmayan, ya da işləməyən təhlükəsizlik avadanlıqlarının olmadığına əmin olur;
  • Kömək üçün hər hansı çağırışlarda iştirak edir;
  • Açarların verilməsi ilə bağlı otel siyasət və prosedurlarına hər zaman riayət olunmasını təmin edir;
  • Bütün qonaqlar, o cümlədən təchizatçılar, podratçılar, yarım-ştat işçilər, əməkdaşlar və s. tərəfindən təhlükəsizlik vəsiqələrinin verilməsi ilə əlaqəli otelin siyasət və prosedurlarına riayət olunduğunu təmin edir.
  • İşçilərin giriş qapısı, nəzarət otağı, gözətçi otağı, əsas giriş, eləcə də otelin avtomobil yolu kimi təyin edilmiş postlar üçün tapşırıqlar və öhdəliklərin hər zaman peşəkar səviyyədə yerinə yetirilməsini təmin edir;
  • Fövqəladə vəziyyətlərdə təyin edilmiş tapşırıqlara köməklik göstərir;
  • Oteldə yanğın zamanı və təxliyə prosesində təyin edilmiş öhdəlikləri yerinə yetirməyə kömək edir;
  • Təxliyə çıxışlarının hər zaman maneəsiz olduğunu təmin edir;
  • Hər hansı şübhəli şəxs olduqda, ona (nəzakətlə və etik qaydada) müvafiq suallar vermək; sorğu olunan şəxsin qənaətbəxş cavab vermədiyi təqdirdə, həmin şəxsin içəri daxil olmasına icazə verməmək; hər hansı problem yarandıqda, dərhal kömək üçün müraciət edir;
  • Otelin planına daxil olan hər bir element, o cümlədən suçiləmə sistemi, tüstü detektorları, yanğınla mübarizə avadanlıqları, qəza çıxışları, yanğına nəzarət otağı, yanğın indikatoru panelləri, qəza təxliyəsi, ümumi məlumatlandırma sistemləri (radioqovşaq), oteldən kənarda yerləşən fövqəladə toplantı ərazisi, yanğın / bomba təhlükəsi və təhlükəsizlik prosedurları, otelin xidməti liftləri və təcili tibbi yardım avadanlıqlarının yerləri və iş funksiyaları haqqında məlumatlı olmalıdır

Tələblər:

Təhsil:

  •  Orta təhsil;

Bilik və Bacarıqlar:

  • Fiziki dözümlülük;
  • Nəzarət və yoxlama avadanlıqların istifadəsi üzrə biliklər;
  • Yanğın söndürmə üzrə biliklər;
  • Stress altında işləmə;
  • Problem həll etmə bacarığı;
  • Detallara diqqətli olmaq; 

Dil bilikləri:                           

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – arzuolunandır;

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Öhdəliklər:

  • SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq və bütün prosedurların təhlükəsiz və SƏTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək;
  • Ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
  • Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;

Digər öhdəliklər:

  • Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
  • Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək; 
  • Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily4
  • Weekly463
  • Monthly2209