Əsas tələblər:
- Təhsil dərəcəsi: Orta ixtisas;
- Komputer bilikləri: MS Office – Orta;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (danışıq səviyyəsində),İngilis dili (danışıq səviyyəsində);
- Təcrübə: Müvafiq sahə üzrə təcrübə olmalıdır;
- Ünsiyyət qurma bacarığı;
- Qonaq qarşılama standartları üzrə biliklər;
- Qərar qəbul etmə;
- Çoxşahəli iş görmək bacarığı;
İş barədə:
- İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq.
- İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
- Qonaqların yemək və içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
- İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
- Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
- Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
- Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
- Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
- İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
- Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq.
- Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
- İtkilər və tullantıları minimuma endirmək məqsədilə bütün istismar avadanlıqları və ləvazimatları ehtiyatla istifadə etmək.
İş vaxtının norması:
- 5 günlük iş həftəsi/Növbəli.
- İstirahət günü: 2 (iki) gün.
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- Bakı şəhəri, Yasamal rayonu.M.Müşfiq 1C.
Müraciət forması:
- Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ofisiant/ Waiter” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.