B Badamdar Hotel & Residences
  • 379

Badamdar Hotel & Residences

Hotel, restoran və istirahət mərkəzləri

Ofisiant/ Waiter

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofisiant/ Waiter

  • Deadline 6 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas tələblər:

  • Təhsil dərəcəsi: Orta ixtisas;
  • Komputer bilikləri: MS Office – Orta;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (danışıq səviyyəsində),İngilis dili (danışıq səviyyəsində);
  • Təcrübə: Müvafiq sahə üzrə təcrübə olmalıdır;
  • Ünsiyyət qurma bacarığı;
  • Qonaq qarşılama standartları üzrə biliklər;
  • Qərar qəbul etmə;
  • Çoxşahəli iş görmək bacarığı;

İş barədə: 

  • İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq.
  • İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
  • Qonaqların yemək və içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
  • İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
  • Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
  • Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
  • Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
  • Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
  • İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
  • Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq.
  • Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
  • İtkilər və tullantıları minimuma endirmək məqsədilə bütün istismar avadanlıqları və ləvazimatları ehtiyatla istifadə etmək.

İş vaxtının norması:

  • 5 günlük iş həftəsi/Növbəli.
  • İstirahət günü: 2 (iki) gün.
  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri:

  • Bakı şəhəri, Yasamal rayonu.M.Müşfiq 1C.

Müraciət forması:

  • Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ofisiant/ Waiter” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
  • Daily15
  • Weekly521
  • Monthly1274