Əsas tələblər:
- Təhsil dərəcəsi: Orta ixtisas;
- Komputer bilikləri: MS Office – Orta;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı),İngilis dili (yaxşı);
- Təcrübə: Otelçilik təcrübəsi üstünlükdür;
- Ünsiyyət qurma bacarığı;
- Qonaq qarşılama standartları üzrə biliklər;
- Vaxtın idarəolunması;
İş barədə:
- Mehmanxananın bütün fəaliyyəti, qurğuları və xidmətləri barədə tam xəbərdar olmaq.
- Mütəmadi olaraq daxili fəaliyyətlər, restoran konsepsiyaları və mehmanxana haqqında məlumatlardan xəbərdar olmaq və qonaqlara tövsiyyə etmək.
- Hər zaman qonaqlara mümkün olan hər şəraitdə mehmanxana və şöbənin siyasətinə uyğun kömək etmək.
- Mehmanxanaya gələn qonaqları qarşılamaq, salamlamaq, onların məmnun etmək və baqajlarının cəld şəkildə otaqlara göndərilməsini təmin etmək.
- Avtomobilin qapılarını açmaq və qonaqların baqajına kömək etmək.
- Yağış zamanı qonaqlar üçün çətiri təmin etmək.
- Qonağın xahişinin Qeydiyyat Şöbəsində məsul şəxs tərəfindən münasib şəkildə təşkil edildiyi zaman çatdırılmasını təmin etmək
- Mehmanxananın qonaqlarını səmərəli və etibarlı taksi xidməti ilə təmin etmək.
- Qonağın baqajının saxlanılmasında mehmanxananın siyasət və prosedurlarına riayət etmək.
İş vaxtının norması:
- 5 günlük iş həftəsi/Növbəli.
- İstirahət günü: 2 (iki) gün.
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- Bakı şəhəri, Yasamal rayonu.M.Müşfiq 1C.
Müraciət forması:
- Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Otel xidmətçisi / Bellman” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.