Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının (P&L, BS, Cash Flow – birbaşa və dolayı üsulla) hazırlanması
- Məhsul üzrə vahid maya dəyərinin hesablanması
- Şirkət büdcəsinin tərtib edilməsi, faktiki xərclərlə müqayisəsi və təsisçilərə/banka təqdim edilməsi
- Pul vəsaitlərinin hərəkəti üzrə qısa və uzunmüddətli proqnozların hazırlanması və təqdim olunması
- Bank tərəfindən tələb olunan maliyyə hesabatlarının və bütün növ sorğuların cavablandırılması, eləcə də şirkət üçün kredit sorğularının hazırlanması
- Təsisçilər və rəhbərlik tərəfindən tələb olunan maliyyə məlumatlarının təqdim olunması; sorğulara əsasən menecment hesabatlarının hazırlanması
- Tender prosesləri üçün tələb olunan maliyyə hesabatlarının hazırlanması və maliyyə əmsallarının hesablanması
- Audit prosesində iştirak və dəstək
- Bütün növ ödənişlərin icrası, nəzarəti və sənədləşdirilməsi
- Gündəlik əməliyyatlarının 1C mühasibat proqramında işlənməsi
- İstehsal əməliyyatları: Resurs spesifikasiyaların yaradılması, istehsal nəticələrinin uçotu və hazır məhsulun qeydiyyatı
- Anbar əməliyyatları: Gündəlik anbar hərəkətlərinin 1C-də qeydiyyatı, anbar qalığlarının nəzarət və düzəlişlərin işlənilməsi
- Satış əməliyyatları: Müştərilərə satış fakturalarının 1C sistemində işlənməsi, geri qaytarmaların və əvəzetmələrin sistemə işlənməsi, satış dövriyyəsinin üzləşdirilməsi və hesabatların hazırlanması
- Alış əməliyyatları: Təchizatçılardan alınan malların 1C sistemində düzgün qeydiyyatı, alış sənədlərinin təsdiqlənməsi və uçotu
- Bank əməliyyatları: Gələn və gedtən ödənişapşırıqlarının 1C sistemində qeydiyyatı, bank çıxarışlarının sistemə düzgün işlənməsi
Təhsil, Bilik və Bacarıqlar:
- Ali təhsil – Maliyyə, Mühasibatlıq ya əlaqəli sahə üzrə təhsil
- Maliyyə uçotu və mühasibatlıq üzrə güclü nəzəri və praktiki biliklər
- IFRS üzrə sertifikatlar (F3, F7 mütləqdir)
- MS Excel proqramında peşəkar səviyyədə işləmə bacarığı (formullar, pivot, analiz alətləri)
- Dövriyyə-saldo cədvəli ilə işləmək bacarığı
- Dövlət və vergi portalları ilə sərbəst işləmə bacarığı: e-gov, e-taxes, e-customs və digər
- Azərbaycan və Rus dili biliyi mütləqdir.
İş qrafiki:
- Həftənin 5 günü ,İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə, Bazar
Təminatlar:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə
- İş yeri- Bakı şəhəri
- Əmək haqqı: 1500 AZN (net)
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər Maliyyə üzrə aparıcı mütəxəssis qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvana CV göndərə bilərlər.