Bağçam Preschool Network Bağçam Preschool Network
Bağçam Preschool Network

Bağçam Preschool Network

Təhsil , Məktəblər

Pediatr (uşaq həkimi)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Pediatr (uşaq həkimi)

  • Deadline 9 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bagcam.az ailəsinə qoşulmaq və uşaqların sağlamlığının qorunmasına töhfə vermək istəyən, məsuliyyətli və peşəkar pediatr axtarırıq!

İş şəraiti

  • İş günləri: tam iş günü
  • İş saatları: 08:00–18:00
  • Əməkhaqqı 550–600 AZN

Namizədə qoyulan tələblər

  • Ali tibbi təhsilinin olması.
  • Pediatriya ixtisası üzrə təhsili və ya müvafiq ixtisas hazırlığı olan namizədlərə üstünlük verilir.
  • Uşaqlarla işləmək bacarığı və uşaqların yaş xüsusiyyətlərini nəzərə almaq.
  • Uşaqların sağlamlıq vəziyyətini qiymətləndirmək və xəstəlik əlamətlərini vaxtında müəyyən etmək bacarığı.
  • İlkin tibbi yardım və təcili vəziyyətlərdə davranış qaydalarını bilmək.
  • Yoluxucu xəstəliklərin profilaktikası və sanitar-gigiyenik qaydalar barədə məlumatlı olmaq.
  • Valideynlərlə və bağça əməkdaşları ilə düzgün ünsiyyət qurmaq bacarığı.
  • Məsuliyyətli, diqqətli, səbirli və intizamlı olmaq.
  • Tibbi sənədləşməni aparmaq bacarığı.
  • Praktik tibbi fəaliyyət üçün tələb olunan qüvvədə olan sertifikasiya və digər sənədlərə malik olmaq.

Əsas iş öhdəlikləri

  • Bağçada olan uşaqların sağlamlıq vəziyyətinə nəzarət etmək.
  • Uşaqların mütəmadi tibbi müayinəsini və sağlamlıq göstəricilərinin qiymətləndirilməsini təşkil etmək.
  • Xəstəlik əlamətləri müşahidə olunan uşaqlarla bağlı müvafiq tədbirləri müəyyənləşdirmək.
  • Uşaqların sağlamlığı ilə bağlı valideynlərə tövsiyələr vermək.
  • Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər görmək.
  • Bağça rəhbərliyi və tibb bacısı ilə koordinasiyalı işləmək.
  • Uşaqların sağlamlığına dair tibbi qeydlərin və sənədlərin aparılmasında iştirak etmək.
  • Zəruri hallarda uşağın əlavə müayinəyə və ya təcili tibbi yardıma yönləndirilməsini təmin etmək.

Biz nə gözləyirik?

  • Uşaqların sağlamlığına həssas yanaşan, peşəsini sevən, diqqətli və kollektivlə işləməyi bacaran həkimlərin müraciətlərini gözləyirik.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily4
  • Weekly592
  • Monthly842