Bagcam.az ailəsinə qoşulmaq və uşaqların sağlamlığının qorunmasına töhfə vermək istəyən, məsuliyyətli və peşəkar pediatr axtarırıq!
İş şəraiti
- İş günləri: tam iş günü
- İş saatları: 08:00–18:00
- Əməkhaqqı 550–600 AZN
Namizədə qoyulan tələblər
- Ali tibbi təhsilinin olması.
- Pediatriya ixtisası üzrə təhsili və ya müvafiq ixtisas hazırlığı olan namizədlərə üstünlük verilir.
- Uşaqlarla işləmək bacarığı və uşaqların yaş xüsusiyyətlərini nəzərə almaq.
- Uşaqların sağlamlıq vəziyyətini qiymətləndirmək və xəstəlik əlamətlərini vaxtında müəyyən etmək bacarığı.
- İlkin tibbi yardım və təcili vəziyyətlərdə davranış qaydalarını bilmək.
- Yoluxucu xəstəliklərin profilaktikası və sanitar-gigiyenik qaydalar barədə məlumatlı olmaq.
- Valideynlərlə və bağça əməkdaşları ilə düzgün ünsiyyət qurmaq bacarığı.
- Məsuliyyətli, diqqətli, səbirli və intizamlı olmaq.
- Tibbi sənədləşməni aparmaq bacarığı.
- Praktik tibbi fəaliyyət üçün tələb olunan qüvvədə olan sertifikasiya və digər sənədlərə malik olmaq.
Əsas iş öhdəlikləri
- Bağçada olan uşaqların sağlamlıq vəziyyətinə nəzarət etmək.
- Uşaqların mütəmadi tibbi müayinəsini və sağlamlıq göstəricilərinin qiymətləndirilməsini təşkil etmək.
- Xəstəlik əlamətləri müşahidə olunan uşaqlarla bağlı müvafiq tədbirləri müəyyənləşdirmək.
- Uşaqların sağlamlığı ilə bağlı valideynlərə tövsiyələr vermək.
- Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər görmək.
- Bağça rəhbərliyi və tibb bacısı ilə koordinasiyalı işləmək.
- Uşaqların sağlamlığına dair tibbi qeydlərin və sənədlərin aparılmasında iştirak etmək.
- Zəruri hallarda uşağın əlavə müayinəyə və ya təcili tibbi yardıma yönləndirilməsini təmin etmək.
Biz nə gözləyirik?
- Uşaqların sağlamlığına həssas yanaşan, peşəsini sevən, diqqətli və kollektivlə işləməyi bacaran həkimlərin müraciətlərini gözləyirik.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.