İş şəraiti:
- İş yeri: Qum adası
- İş vaxtı: Seçim imkanı ilə 08:00 – 17:00 və ya 09:00 – 18:00 (bazar ertəsi – cümə)
- Nəqliyyat: Şirkət tərəfindən avtobuslarla təmin olunur (işə gediş-gəliş).
Vəzifələr:
- Şirkətə gələn qonaqları qarşılamaq, yönləndirmək və lazımi məlumat vermək.
- Telefon zənglərinin cavablandırılması və müvafiq şöbələrə yönləndirilməsi.
- Zərurət olduqda gündəlik məktubların, sənədlərin və kuryer xidmətlərinin qəbul və göndərişi.
- Zərurət olduqda ofis daxili sənədləşmənin və məlumatların qeydiyyatının aparılması.
- Gündəlik inzibati işlərdə rəhbərliyə və əməkdaşlara dəstək göstərmək.
Tələblər:
- Orta təhsil (minimum).
- Oxşar vəzifədə (resepsionist/administrator) iş təcrübəsi arzuolunandır.
- Yaxşı ünsiyyət və təqdimat bacarığı.
- Azərbaycan dilində səlis danışıq, rus və ingilis dillərində ünsiyyət bacarığı üstünlükdür.
- Səliqəli, məsuliyyətli və kollektivdə işləmə bacarığı.
- MS Office proqramlarında işləmək bacarığı.
Təklif olunur:
- Nəqliyyat xidməti (işə gediş-gəliş şirkət tərəfindən təmin olunur).
- İş qrafiki: Seçim imkanı ilə 08:00 – 17:00 və ya 09:00 – 18:00 (bazar ertəsi – cümə)
- Rahat iş mühiti və inkişaf perspektivləri.
Müraciət üçün: CV-lərinizi elektron məktubun mövzu hissəsində vakansiya adını göstərməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.