İR mütəxəssisi

  • Deadline 16 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə  öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və  rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək.
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq.
  • Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq
  • İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
  • Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək.
  • Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək. İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək.
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl  üzrə istifadə edilməsinə nəzarət etmək.
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə.
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların  hazırlamaq.
  • İşçilərin işə dəvamiyyəti tabellərinə nəzarət etmək, ayın sonunda işə dəvamiyyət tabelini hazırlayıb maliyyə şöbəsinə təqdim etmək.
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq,       ixtisasını daim təkmilləşdirmək.
  • Əmək məhsuldarlığını artırmaq , işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq.
  • Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək
  • Əməyin mühafizəsi üzrə işçinin vəzifə öhtəliklərinə aşağıdakı bəndlər daxildir:
  • əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; 
  • əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; 
  • verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloci prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; 
  • əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; 
  • müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; 
  • əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil
  • MS ofis və 1 C8.3 proqramları yüksək səviyyədə
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Yaş həddi 35-45 
  • İş qrafiki : Tam iş günü (6 gün)
  • İş yeri: Bakı şəhəri. Nərimanov rayonu, Ziya Bünyadov 625
  • Əmək haqqı işçinin bilikləri və təcrübəsinə əsasən təyin ediləcək.

CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “İR mütəxəssisi” qeyd edərək poçt ünvanlarına göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly696
  • Monthly1519